Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın
ölkəmizdə yeni təyin olunmuş səfiri Mario Corco
Stefano Baldinin etimadnaməsini qəbul etmişdir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 23-də İtaliya
Respublikasının ölkəmizdə yeni təyin olunmuş
fövqəladə və səlahiyyətli səfiri Mario Corco
Stefano Baldinin etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin
qarşısından keçdi.
Mario Corco Stefano Baldi etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Azərbaycan ilə İtaliya arasında münasibətlərin inkişafından məmnunluğunu bildirən dövlətimizin başçısı əlaqələrimizin müxtəlif sahələri əhatə etdiyini bildirdi. Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi sahədə yaxşı qarşılıqlı anlaşmanın və dəstəyin olduğunu dedi. İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyətinə toxunan dövlətimizin başçısı iqtisadi sahədə əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün yaxşı potensialın mövcudluğunu qeyd etdi. İtaliyanın ölkəmiz üçün Avropada və dünyada ən mühüm tərəfdaşlardan biri olduğunu vurğulayan Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, Mario Corco Stefano Baldi səfirlik fəaliyyəti müddətində əlaqələrimizin daha da möhkəmlənməsi işinə öz töhfəsini verəcəkdir.
Səfir Mario Corco Stefano Baldi ölkələrimiz
arasında münasibətlərin yüksək səviyyədə
olduğunu vurğuladı. Azərbaycanın
və İtaliyanın işgüzar dairələri
arasında yaxşı əməkdaşlığın
mövcudluğunu bildirən səfir siyasi sahədə əlaqələri
daha da inkişaf etdirmək üçün
qarşılıqlı səfərlərin əhəmiyyətini
qeyd etdi. Mario Corco Stefano Baldi diplomatik fəaliyyəti
müddətində əlaqələrimizin daha da inkişaf
etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini
bildirdi.
AzərTAc
Azərbaycan.- 2009.-24 oktyabr.- S. 1.