"Azərbaycanda uşaqların
müdafiəsi islahatı"
üzrə milli konfrans bəyannamənin qəbulu ilə başa çatmışdır
Oktyabrın 23-də Bakıda keçirilən
Azərbaycanda Uşaq
ilinə və BMT-nin Uşaq Hüquqları haqqında
Konvensiyasının 20 illiyinə
həsr olunmuş
"Azərbaycanda uşaqların
müdafiəsi islahatı"
üzrə milli konfrans başa çatmışdır.
Azərbaycan hökuməti,
Heydər Əliyev Fondu, BMT-nin Uşaq Fondunun (YUNİSEF)
və "Azercell Telekom" birgə müəssisəsinin təşkilatçılığı
ilə keçirilən
konfransın ikinci günündə dövlət
qurumlarının nümayəndələri
və beynəlxalq ekspertlər müzakirələri
işçi qruplarında
davam etdirmişlər.
"Yerli uşaqların müdafiəsi mexanizminin strukturu və səlahiyyətləri" məsələsi
diqqət mərkəzində
olan işçi qrupunda konfransda müzakirə olunan məsələlərə bir
daha nəzər salınmış, uşaqların
müdafiəsi mexanizmi
ilə bağlı təkliflər səslənmiş,
ailələrə müxtəlif xidmətlərin göstərilməsinin,
uşaqların dövlət
müəssisəsinə təyin
edilməzdən əvvəl
ailənin vəziyyətinin
qiymətləndirilməsinin zəruriliyi vurğulanmışdır.
Qeyd edilmişdir ki, sağlamlığı
məhdud uşaqların
internat məktəblərinə
və uşaq evlərinə verilməsi
proseduru daha təkmilləşmiş metodologiya
əsasında aparılmalıdır.
"Dövlət
uşaq müəssisələrinin
transformasiyası" mövzusuna
həsr olunmuş işçi qrupunun iclasında isə diqqət bu məsələ ilə məşğul olan qurumların fəaliyyətinin
əlaqələndirilməsi məsələsinə yönəldilmişdir.
Burada, həmçinin
Azərbaycanda uşaqların
müdafiəsi islahatı
üzrə milli konfransın bəyannaməsi
müzakirə olunmuşdur.
Qeyd edilmişdir ki, uşaqların müdafiə olunmasına
yönələn səylər
beynəlxalq normalara və prinsiplərə, habelə milli prioritetlərə uyğun
olmalıdır.
Digər işçi
qruplarında "Qanunvericilikdə
uşaqların müdafiəsi
və sosial iş" və "Ən aztəminatlı ailələrdən olan uşaqlar üçün
icma əsaslı xidmətlər" mövzuları
müzakirə olunmuşdur.
Bildirilmişdir ki, Azərbaycanda
uşaqların müdafiəsi
ilə bağlı bir sıra tədbirlər
görülür, müəyyən
olunmuş 34 müavinət
növündən 6-sı
uşaqlara yönəlmişdir.
İndi əsas məsələ uşaqların
müdafiə sisteminin
yaradılmasıdır. İşçi
qruplarında səslənən təkliflərin
ümumiləşdirilərək Heydər Əliyev Fondu və Azərbaycan
hökumətinə təqdim
olunacağı qeyd edilmişdir.
Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində işçi
qruplarında aparılan
müzakirələrə yekun
vurulmuşdur. Komitə sədri
Hicran Hüseynovanın
sədrliyi ilə keçirilən iclasda işçi qruplarının
rəhbərləri müzakirəyə
çıxarılan 4 mövzu
ətrafında irəli
sürülmüş rəy
və təkliflər
barədə məlumat
vermişlər. Bildirmişlər ki, işçi qruplarında aparılan müzakirələr zamanı
mövzu ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi,
sosial xidmət sahəsi üzrə kadrların hazırlanması
məqsədi ilə xüsusi kursların təşkili, dövlət
müəssisələrindən başqa icma daxilində uşaqlara qayğı mərkəzlərinin yaradılması,
onların işinin əlaqələndirilməsi və
digər məsələlər
barədə təkliflər
səslənmişdir.
Qeyd olnmuşdur ki, işçi qruplarda konfransın müzakirəsinə təqdim
olunan bəyannamə layihəsinin də müzakirəsi aparılmış,
ona əlavə və dəyişikliklər
təklif olunmuşdur.
Bu əlavə və dəyişikliklər
nəzərə alınmaqla
bəyannamənin qəbul
edilməsi barədə
qərar qəbul olunmuşdur.
Bununla da konfrans işini yekunlaşdırmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 24 oktyabr.- S. 3.