"Xəzər hövzəsində təhlükəsizliyin təmin olunmasına dair saziş layihəsi" birinci oxunuşdan keçmişdir

 

Oktyabrın 23- Bakıda Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan İranın xarici işlər nazirlərinin müavinlərinin iştirakı ilə Xəzər dənizinin təhlükəsizlik məsələlərinin müzakirəsinə həsr olunmuş konfrans başa çatmışdır.

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov tədbirin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirmişdir ki, budəfəki iclasın əsas məqsədi beş ölkə arasında çoxtərəfli formatda əməkdaşlığın qurulması idi. 2007-ci ildə keçirilmiş Tehran sammitində Xəzərin təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlıq layihələrinin hazırlanması bu iclasın keçirilməsi Azərbaycan hökumətinə həvalə olunmuşdu. İkigünlük danışıqlarda ilk dəfə olaraq "Xəzər hövzəsində təhlükəsizliyin təmin olunmasına dair Saziş Layihəsi"nin əsas prinsipləri müzakirə olunmuşdur. Müzakirələr zamanı layihəyə dair təkliflər dinlənildi, ümumiləşdirildi. Danışıqların yekun nəticəsi kimi saziş birinci oxunuşdan keçdi. Gələcək görüşlərdə yekun nəticə əldə olunacaqdır.

Qeyd olunmuşdur ki, sözügedən layihədə Xəzər dənizi hövzəsində qeyri-qanuni daşımaların, narkotiklərin qanunsuz dövriyyəsinin, qeyri-qanuni miqrasiyanın, insan silah alverinin, terrorizmin sair qanunsuzluqların qarşısının alınması istiqamətində beş ölkənin fövqəladə hallar, gömrük, sərhəd daxili işlər orqanlarının birgə fəaliyyətini əks etdirən müddəalar öz əksini tapmışdır.

Xələf Xələfov bildirmişdir ki, bu istiqamətdə növbəti tədbir 2010-cu ilin ilk rübündə Bakıda keçiriləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 24 oktyabr.- S. 3.