Xarici İşlər
Nazirliyində
Azərbaycanın Xarici İşlər Nazirliyinin
mətbuat xidmətindən
bildirmişlər ki, nazir Elmar Məmmədyarov
ölkəmizdə səfərdə
olan Yunanıstanın
xarici işlər nazirinin müavini Spiridon Kuvelisi ilə görüşmüşdür.
Görüşdə Azərbaycan
ilə Yunanıstan arasında əməkdaşlığın
hazırkı vəziyyəti
və inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Yüksək səviyyəli səfərlərin
və siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayan tərəflər,
iqtisadi əməkdaşlığın
genişləndirilməsi məqsədilə
hökumətlərarası komissiya çərçivəsində
konkret əməkdaşlıq
imkanlarının müzakirəsinin,
habelə biznes forumların keçirilməsinin əhəmiyyətini
qeyd etmişlər.
Tərəflər Azərbaycan
ilə Yunanıstan arasında nefq-qaz, xüsusilə bərpa olunan enerji sahəsində
əməkdaşlığın perspektivləri, həmçinin
regional enerji layihələri ətrafında
fikir mübadiləsi aparmışlar.
Humanitar və
təhsil sahəsində,
xüsusilə iki ölkənin diplomatik akademiyaları çərçivəsində
müxtəlif layihələrin
həyata keçirilməsinin
Azərbaycan ilə Yunanıstan arasında münasibətlərin daha
da möhkəmləndirilməsinə
öz töhfəsini
verəcəyi vurğulanmışdır. Həmçinin
mədəniyyətin xalqları
birləşdirən bir
amil olduğunu qeyd edən tərəflər bu sahədə müxtəlif
tədbirlərin həyata
keçirilməsi ətrafında
fikir mübadiləsi aparmışlar.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.
***
Xarici İşlər
Nazirliyinin mətbuat xidmətindən bildirmişər
ki, oktyabrın 23-də nazir Elmar
Məmmədyarov ABŞ dövlət
katibinin Avropa və Avrasiya məsələləri üzrə
müşaviri xanım
Tina Kaydanov ilə görüşmüşdür.
Ölkəmizə səfərindən
məmnunluğunu bildirən
xanım T.Kaydanov
ABŞ administrasiyasının Azərbaycan ilə əməkdaşlığa böyük
önəm verdiyini və münasibətlərin
daha da inkişaf
etdirilməsində maraqlı
olduğunu qeyd etmişdir.
T.Kaydanov ABŞ-ın
ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
tez bir zamanda
həllində maraqlı
olduğunu və bu istiqamətdə öz töhfəsini verməyə çalışdığını
vurğulamışdır. Rəsmi Vaşinqton Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və
Türkiyə-Ermənistan
münasibətlərinin normallaşması
proseslərinin hər
ikisində müsbət
irəliləyişin əldə
olunmasına tərəfdardır.
ABŞ rəsmisi
Azərbaycanın beynəlxalq
antiterror əməliyyatlarına
verdiyi töhfəsinin,
habelə Əfqanıstanda
sülhün və sabitliyin təmin olunması istiqamətində
dəstəyinin ABŞ administrasiyası
tərəfindən yüksək
qiymətləndirildiyini vurğulamışdır.
Nazir E.Məmmədyarov
Azərbaycanın ABŞ-la
bütün sahələrdə
sıx əməkdaşlıq
etdiyini və bu əməkdaşlığın
daha da dərinləşdirilməsində
ölkəmizin maraqlı
olduğunu qeyd etmişdir.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin həllinə
dair aparılan danışıqlar prosesinə
toxunan E.Məmmədyarov
nizamlanma ilə bağlı ölkəmizin
mövqeyi barədə
məlumat vermişdir.
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
və Türkiyə-Ermənistan münasibətlərinin
normallaşmasının bir-biri
ilə bağlılığını
qeyd edən nazir proseslərin hər ikisində paralel olaraq irəliləyişin əldə
edilməsinin zəruriliyini
bildirmişdir.
E.Məmmədyarov
regionda davamlı sülhün və sabitliyin bərqərar olunması üçün
bütün kommunikasiyaların
və yolların açılmasının vacibliyini
qeyd etmiş, bunun üçün Azərbaycanın işğal
edilmiş ərazilərindən
Ermənistanın silahlı
qüvvələrinin çıxarılmasının
əsas şərt olduğunu vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran ikitərəfli, regional və qlobal mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.
***
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişər ki, nazir Elmar Məmmədyarov Misir Ərəb Respublikasının xarici işlər nazirinin köməkçisi, səfir Mohamed əl-Orabi ilə görüşmüşdür.
Görüşdə tərəflər
bir gün əvvəl Bakıda keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının
Xarici İşlər
Nazirləri Şurası
iclasının nəticələrini
müzakirə etmiş,
təşkilatın fəaliyyəti
və gələcək
planlarına dair fikir mübadiləsi aparmışlar.
Qeyd olunmuşdur
ki, Azərbaycan ilə Misir arasındakı münasibətlərin
yüksək səviyyədə
olması əlaqələrimizin
daha da genişləndirilməsinə
və dərinləşdirilməsinə
yeni imkanlar açır. Hər iki ölkə enerji hasilatı və emalı sahəsində böyük
təcrübəyə malik
olduğundan bu və digər sahələrdə qarşılıqlı
mübadilələrin ön
plana çəkilməsi
məqsədəuyğun olardı.
Tərəflər Cənubi Qafqazda və Orta Şərqdə gedən proseslər ətrafında da müzakirələr aparmışlar.
***
Azərbaycan Respublikasının
xarici işlər naziri Elmar Məmmədyarov
oktyabrın 23-də Moldova Respublikasının
dövlət naziri Viktor Bodiu ilə
görüşmüşdür.
Xarici İşlər
Nazirliyinin (XİN) mətbuat
xidmətindən bildirmişlər
ki, görüşdə
tərəflər ölkələrimiz
arasındakı münasibətlərin
yüksək səviyyədə
olduğunu və əlaqələrin daha da inkişaf etdirilməsi üçün
mövcud potensialdan daha səmərəli istifadə edilməsinin vacibliyini bildirmişlər. GUAM çərçivəsində
həyata keçirilən
layihələrin daha da intensivləşdirilməsinin
vacibliyi və təşkilatın işinin
real müsbət nəticə verdiyi vurğulanmışdır.
Moldova ilə
Azərbaycanın oxşar
problemlərlə üzləşdiyi
və mövcud münaqişələrin qısa
müddətdə beynəlxalq
hüququn norma və prinsipləri əsasında ölkələrin
beynəlxalq səviyyədə
tanınmış sərhədləri
çərçivəsində həllinin vacibliyi xüsusi qeyd edilmişdir.
Sonra tərəflər
qarşılıqlı maraq
doğuran bir sıra məsələlər
ətrafında fikir mübadiləsi aparmışlar.
AzərTAc
Azərbaycan.- 2009.-24 oktyabr.- S. 3.