Fəxr edilən məzunlar

 

Elm, təhsil mədəniyyət sahəsində fəaliyyət göstərən elə müəssisələr var ki, onların yubileyləri əsl xalq bayramına çevrilir. Çünki onlar ölkənin inkişafında, tərəqqisində mühüm rol oynayır, dərin tarixi iz buraxırlar. Azərbaycanda ilk dünyəvi təhsil müəssisəsi olan Bakı Dövlət Universiteti belələrindəndir.

 

BDU 1919-cu ildə yaradıldı, noyabrın 15-i birinci dərs günü elan edildi. Universitetin ilk rektoru M.Y.Razumovski oldu. İndiyədək universitetin 24 rektoru olub ki, onların da hər biri ali məktəbin inkişafında mühüm rol oynayıblar. Rektorlar içərisində 37-ci ilin repressiya qurbanı olan görkəmli yazıçı Tağı Şahbazinin ("Simurq"un), böyük elm xadimi Əziz Əliyevin, gorkəmli alimlər Y.Məmmədəliyevin, Abdulla Qarayevin, Şəfaət Mehdiyevin, Faiq Bağırovun rolu xüsusi qeyd edilməlidir.

90 il tarix üçün o qədər böyük bir dövr deyil. Amma bu müddət ərzində insanlığın əldə etdiyi biliklər öz nəhəngliyi, dərinliyi əhəmiyyəti ilə heyrət doğurur. Müəyyən edilmişdir ki, insanlığın əldə etdiyi biliklərin 15 faizindən azı minillər ərzində, 85 faizdən çoxu isə XX əsrin ikinci yarısından sonra toplanmışdır. Elmdə bir çox ixtiralar, kəşflər edilmiş, müasir dünya elmi sayı-hesabı olmayan yeni fikirlərlə zənginləşmişdir. Qloballaşan dünyada elm bilik həlledici mövqeyə malikdir. 90 il ərzində Bakı Dövlət Universiteti bu prosesdən əsla geri qalmamış, təhsil ocağında elmin yeni sahələri yaranmış inkişaf etmişdir. Universitetimiz dünyanın ən qabaqcıl ali məktəbləri səviyyəsindədir onun müasir sahələri ilə fəxr edə bilərik. Bu riyaziyyatda fizikada semqulyar operatorlar, semqulyar-inteqral tənliklər, onların analitik funksiyaları, yaxınlaşma nəzəriyyəsi, harmonik analiz, xətti qeyri-xətti operatorların spektral nəzəriyyəsi, funksional-differensial tənliklər kimi zəngin riyazi məsələlər, nüvə fizikası, Kvant mexanikası, yarımkeçiricilər, radiofizika, radioelektronika, nəzəri mexanika, bütöv mühit mexanikası, informasiya texnologiyası sair, biologiya sahəsində molekulyar biologiya gen nəzərriyyəsi, biotexnika, biotexnologiya, kimyada fiziki kolloid kimya, yüksək molekullu birləşmələr kimyası, kimya texnologiyalarının nəzəri problemləri, coğrafiya sahəsində geodeziya kartoqrafiyanın inkişafı, ətraf mühitin mühafizəsi ekologiya, geologiya, kristalloqrafiya geokimya, paleobiokimya, neft emalında yeniliklər s. sahələrdə alimlərimizin qazandığı uğurlar hamıda böyük qürur hissi doğurur.

Humanitar ictimai elmlər sahəsi belədir. Burada da yeniliklər öz geniş əksini tapmışdır. Azərbaycan tarixinin elmi-obyektiv tədqiqi ictimai inkişafın dərin elmi əsaslar üzərində izahı, hüquq elminin ən aktual mühüm problemlərinin, Azərbaycan ədəbiyyatı dilinin geniş şərhi, Şərq xalqlarının tarixi, ədəbiyyatı elmi, jurnalistika, kitabxanaçılıq, fəlsəfə digər sosial elmlər psixologiyanın tarixi, nəzəriyyəsi, ilahiyyatın elm kimi tədqiq olunması bütün bunların nəticəsi kimi göstərilən sahələrdə aparılan tədris dünyanın klassik universitetləri səviyyəsində təşkil olunmuş, böyük inkişaf yolu keçmişdir.

Universitet bütün bu sahələrdə funksiyasını - istər təbiət istərsə humanitar elmlər sahəsində - müasir səviyyədə quran ali məktəb olmuş, uğurlar qazanmışdır.

Azərbaycanda elə bir ailə tapılmaz ki, BDU onun həyatında iz buraxmasın, oğlu, qızı ya valideyni, yaxın bir qohumu bu ali məktəbdə oxumasın.

"Dar" ərəbcə böyük evə, yerə, məkana deyilir. Bu mənada universitet, doğrudan da, darülelm, darülfünun, darültəhsil, darülmüəllimin, darülürfandır. Universitet bir neçə fənn üzrə mütəxəssislər hazırlayan ali elmi tədris müəssisəsinə deyilir. Kembric (1209), Oksford, Paris (1215), Paduya (1222), Neapol (1224) universitetləri ən ilkin universitetlər sayılır. 1755-ci ildə Moskva Dövlət Universiteti yaradılmış, Rusiyada sonralar Dnepr, Xarkov, Kiyev, Sankt-Peterburq universitetləri təşkil edilmişdir. BDU onlara nisbətən çox cavan olsa da, inkişaf tərəqqisinə görə dünyanın ən qabaqcıl ali məktəbləri sırasındadır.

Bu gün Bakı Dövlət Universitetinin adı çəkiləndə öncə nəzərimizdə onun məzunu olmuş ümummilli lider Heydər Əliyevin əzəmətli siması, məzmunlu nitqləri, çıxışları canlanır. Bu gün universitetin adı çəkiləndə burada çalışmış dünyamiqyaslı alimlər Landaunu, Mehmet Fuad Köprülünü xatırlayıram, kimya sahəsində Yusif Məmmədəliyev, M.Hacıyev, riyaziyyat sahəsində Əşrəf Hüseynov, Zahid Xəlilov, fiziklərdən Həsən Abdullayev, bioloqlardan Şirokoqorov, təbiətin böyük qoruyucusu Həsən Əliyev, geoloqlar Mirəli Qaşqay, Ələşrəf Əlizadə, ədəbiyyatşünaslardan Məmməd Arif, Feyzulla Qasımzadə, Həmid Araslı, Mir Cəlal Paşayev, dilçilərdən Məmmədağa Əfəndiyev, Əzəl Dəmirçizadə, şərqşünaslardan V.Bartold, V.Qorleyevski, A.Krımski, Əbdülkərim Əlizadə, Ziya Bünyadov, Aida İmanquliyeva, filosoflardan Heydər Hüseynov, Aleksandr Makovelski, jurnalistlərdən Həsən Şahgəldiyev, Nəsir İmanquliyev, Qulu Xəlilov, Nurəddin Babayev başqaları yada düşür. Universitetin fəxr edilən məzunları çoxdur. Bakı Dövlət Universitetinin yubileyi xalq zəkasının, xalq dühasının bayramıdır. BDU-nun məzunları əməkdaşları sırasında görkəmli yazıçı sənətkarlar da az deyil. Təkcə Cəfər Cabbarlının, Əbdürrəhim bəy Haqverdiyevin, Mikayıl Müşfiqin, Süleyman Rəhimovun, Əfrasiyab Bədəlbəylinin, Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün adlarını çəkmək kifayətdir. Mən universitetdə Səməd Vurğunun, Mirzə İbrahimovun, Mehdi Hüseynin digər söz ustadlarının çıxışlarını xatırlayıram. Bəli, bu yubiley onların da yubileyidir.

Məzunlar arasında Aynur Sofiyeva, Məhyəddin Allahverdiyev, Xəzər İsayev kimi görkəmli idmançılar var. Güləşmə üzrə məşhur idmançı, 20 dəfə respublika çempionu olmuş, az qala 30 ilə yaxın müddətdə universitetin bədən tərbiyəsi idman kafedrasına başçılıq etmiş Rza Baxşəliyev həm Bədən Tərbiyəsi İnstitutunu, həm BDU-nun şərqşunaslıq fakültəsini bitirmişdir.

Universitet alimlərinin fundamental elmlərin bütün sahələrində misilsiz xidmətləri var. Bunu mexanika-riyaziyyat, tədbiqi riyaziyyat kibernetika, fizika, kimya, biologiya, geologiya, coğrafiya fakültələrinin, həmçinin tarix, hüquq, filologiya, şərqşünaslıq, jurnalistika, kitabxanaçılıq, sosial elmlər psixologiya, beynəlxalq münasibətlər beynəlxalq hüquq, ilahiyyat fakültələrinin inkişaf tarixi aydın göstərir.

Bakı Dövlət Universiteti burada çalışmış görkəmli elm xadimləri, tanınmış müəllimləri, dünya şöhrəti qazanmış məzunları ilə böyük qürur hissləri keçirə bilər.

Bakı Dövlət Universiteti, sözün ən dolğun mənasında, "canlı ensiklopediya"dır.

Universitetin 30, 40 50 illik yubiley mərasimləri ərəfəsində fəlsəfə elminin inkişafı ilə əlaqədar arxivdə işləyərkən bir sıra yeni materiallarla tanış oldum. Çoxuna məlum olmasa da, qeyd edim ki, Əbdürrəhim bəy Haqverdiyev təhsil ocağında dialektik materializmdən dərs demiş, ötən əsrin 30-cu illərinin əvvəllərində Mikayıl Rəfili ilə fəlsəfənin problemləri üzrə kəskin mübahisələri olmuşdur. O, 1922-1925-ci illərdə Şərq fakültəsinin katibi vəzifəsində çalışmışdır. Rəsul Rza əmək fəaliyyətinə başladığı ilk illərdə fəlsəfədən dərs demişdir.

Yazılar üzərində işləyərkən gözüm stolun üstündə olan məlumat kitabçasına sataşdı. Bu, Azərbaycan Milli Elmlər Akademiyası haqqında kitabça idi. Akademiklər müxbir üzvlərin siyahısı ilə tanış oldum. Bu şəxslərin əksəriyyəti universitetlə bağlı olmuşlar. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yaradılarkən respublikada güclü elmi potensial var idi ki, alimlərin əksəriyyəti məhz BDU-nun yetirmələri idi. Universitet həmin tarixi illərdən əsas baza rolunu oynamışdır.

Bakı Dövlət Universiteti əsl flaqmandır, elm təhsil dənizinin flaqmanıdır.

90 il ərzində BDU-nun keçdiyi inkişaf yolunun kəmiyyət göstəriciləri belədir: yarandığı vaxt 40 müəllim 4 fakültəsi olan təhsil ocağında indi 18 min tələbə, 130 kafedrada 300 nəfərdən çox elmlər doktoru, o cümlədən akademik müxbir üzv, 800 nəfərdən çox elmlər namizədi dosent var.

Bakı Dövlət Universiteti zamanın nəbzini tutan, müasir həyatla ayaqlaşan, dünya elmi ilə bir addımlayan məbədgahdır. Təhsil elm bu ocağın vəhdət təşkil edən əsas amilidir, qoşa qanadıdır, bir yanan, nur saçan işığıdır. Bakı Dövlət Universiteti xalqın görən gözüdür! Bu nur mənbəyinin, elm təhsil məbədinin 90 illiyi xalqın bayramıdır.

 

 

Fuad QASIMZADƏ,

akademik

 

Azərbaycan.- 2009.- 24 oktyabr.- S. 4.