Azərbaycan Dövlət Dəniz Administrasiyasının beynəlxalq əlaqələri genişlənir

 

ABŞ Sahil Mühafizə Qüvvələri Beynəlxalq Dəniz Təşkilatı tərəfindən 2009-cu il oktyabrın 15-dən 19-dək Nyu-Yorkda Dünya Dənizçilik Günü münasibətilə keçirilmiş konfransda Beynəlxalq Dəniz Təşkilatının baş katibi, admiral Efimios Mitropoulos, dünyanın bir sıra dəniz dövlətlərinin dəniz administrasiyaları başçıları digər yüksək səviyyəli nümayəndə heyətləri iştirak etmişlər. Dünyada baş verən iqlim dəyişiklikləri yük daşımalarının 80 faizini əhatə edən dəniz nəqliyyatının iqlim dəyişikliklərinə təsiri mövzusuna həsr olunmuş rəsmi tədbirdə ölkəmizi Dövlət Dəniz Administrasiyaının rəisi Qüdrət Qurbanov təmsil etmişdir.

Konfransda ABŞ Prezidenti Administrasiyasının ətraf mühitin mühafizəsi məsələləri üzrə nümayəndəsinin, Beynəlxalq Dəniz Təşkilatının Baş katibi, admiral E. Mitropoulosun, ABŞ Sahil Mühafizə Qüvvələrinin komandanı, admiral Ted Allenin dünyanın tanınmış təsnifat cəmiyyətləri rəhbərlərinin məruzələri dinlənilmişdir.

Rəsmi tədbirlər zamanı ABŞ Sahil Mühafizə Qüvvələri dəniz nəqliyyatı sahəsində qabaqcıl texnologiyaların tətbiqi ilə məşğul olan elmi-layihə institutları tərəfindən sərgi nümayiş etdirilmiş, müxtəlif növ gəmilər üçün hazırlanmış hibrid mühərriklərin, eləcə zərərli qazların atmosferə atılmasının qarşısını alan yeni qurğuların təqdimetmə mərasimi keçirilmişdir.

Konfransın yekununda tədbir iştirakçıları tərəfindən dünya ölkələri dəniz administrasiyalarının elmi potensialının köməyi ilə ümumbəşəri problemə çevrilmiş iqlim dəyişikliklərinin qarşısının alınması istiqamətində qısa müddət ərzində əməli, praktiki təxirəsalınmaz tədbirlərin görülməsi zərurəti bir daha vurğulanmışdır. Qeyd etmək yerinə düşər ki, Azərbaycan Dövlət Dəniz Administrasiyası kollektivinin bu sahədə müəyyən təcrübəsi vardır.

 

 

Azərbaycan.- 2009.- 24 oktyabr.- S. 7.