BDU-nun 90 illik yubileyinə həsr olunmuş birinci respublika elmi-metodiki konfransa yekun vurulmuşdur

 

Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş "Müasir şəraitdə orta ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltmək yolları" mövzusunda birinci respublika elmi-metodiki konfransa oktyabrın 24-də yekun vurulmuşdur.

İşini bölmələrdə davam etdirən konfransın ikinci günündə Azərbaycan alimlərinin "Yazılı nitqdə durğu işarələrinin işlənmə qaydaları", "Şagirdlərin şəxsiyyət kimi yetişməsində ədəbiyyatın rolu", "Azərbaycan dilinin tədrisində aşıq şeir şəkillərindən istifadə", "Azərbaycan dilində sözə bənzər şəkillçilər" və digər mövzularda məruzələri dinlənilmişdir.

Qeyd edək ki, iki gün davam edən konfransda 90-a yaxın məruzə dinlənilmiş, konfransın materialları "Bakı Universiteti" nəşriyyatında toplu şəkildə çap edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 25 oktyabr.- S. 5.