Bakı şəhərində yerləşən Dövlət bayrağı meydanında tikinti işlərinin sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında

 

"Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 17 noyabr tarixli 2504 nömrəli sərəncamının icrası ilə bağlı aparılan tikinti-quraşdırma abadlaşdırma işlərinin davam etdirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Bakı şəhərində yerləşən Dövlət bayrağı meydanında tikinti-quraşdırma abadlaşdırma işlərinin sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10,0 (on) milyon manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 oktyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 27 oktyabr.- S. 1.