Türkmənistanın Prezidenti zati-aliləri cənab Qurbanqulu Berdiməhəmmədova
Hörmətli Qurbanqulu Məlikquliyeviç!
Türkmənistanın milli bayramı - Müstəqillik
Günü münasibətilə
Sizi və Sizin simanızda bütün xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Türkmənistan
dövlətlərarası münasibətlərinin inkişaf
etdirilməsi, dostluq və əməkdaşlığımızın
möhkəmləndirilməsi yolunda bundan sonra da qarşılıqlı
səylərimizi davam
etdirəcəyik.
Bu əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost Türkmənistan
xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 15 oktyabr
2009-cu il
Azərbaycan.- 2009.- 27 oktyabr.- S. 1.