Müdafiə Sənayesi Nazirliyində
kollegiya iclası keçirilmişdir
Oktyabrın 26-da Müdafiə
Sənayesi Nazirliyində
nazir Yavər Camalovun sədrliyi ilə 2009-cu ilin doqquz ayının yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər
ki, nazir Yavər Camalov ümumilikdə ölkə
iqtisadiyyatına toxunaraq
dünyanın bir çox qabaqcıl ölkələrinin iqtisadi
böhrandan əziyyət
çəkdiyi bir dövrdə Azərbaycan iqtisadiyyatının uğurla
inkişaf etdiyini bildirmişdir.
Prezident İlham
Əliyevin rəhbərliyi
altında həyata keçirilən uğurlu
islahatlar nəticəsində
cari ilin doqquz ayında ümumi daxili məhsulun 6,1 faiz artdığını vurğulayan
nazir Yavər Camalov ötən dövrdə ölkənin
müdafiə qüdrətinin
möhkəmləndirilməsi istiqamətində nazirlik tərəfindən görülmüş
işlər və onların əhəmiyyətindən
danışmışdır.
Nazir müavinləri
Yəhya Musayev və Tofiq Rəfiyev
2009-cu ilin doqquz ayı üzrə nazirliyin tabeliyindəki birlik və müəssisələrin istehsal,
elm, maliyyə, sosial və digər sahələrdə
fəaliyyətinin yekunları
barədə məlumat
vermişlər.
Sonra birlik və müəssisələrin
fəaliyyəti haqqında
müəssisə rəhbərlərinin
hesabatları dinlənilmişdir.
Sonda Yavər
Camalov oktyabrın
16-da Nazirlər Kabinetinin
2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına
həsr olunmuş geniş iclasında dövlətimizin başçısı
İlham Əliyevin ordu quruculuğu ilə bağlı söylədiyi fikirləri
bir daha iclas iştirakçılarına
xatırlatmış və
Müdafiə Sənayesi Nazirliyində
2009-cu ilin Dövlət
Müdafiə Sifarişi
Proqramının uğurla
yerinə yetirilməsi
ilə bağlı tapşırıqlarını vermişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 27 oktyabr.- S. 1.