Çinin Renmin Universitetində beynəlxalq mədəniyyət festivalı keçirilmişdir

 

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyindən bildirmişlər ki, Çinin nüfuzlu Renmin Universitetinin şəhərciyində ənənəvi beynəlxalq mədəniyyət festivalı keçirilmişdir.

Müxtəlif ölkələri təmsil edən tələbələrin mədəni əlaqələrini asanlaşdırmaq ali təhsilin qloballaşdırılmasını təşviq etmək məqsədi daşıyan festival fərqli mədəniyyətlərin qarşılıqlı anlaşmasını assimilyasiyasını yaxşılaşdırmağa xidmət edir.

Renmin Universitetində təhsil alan digər milllətlərin nümayəndələri ilə yanaşı, azərbaycanlı tələbələr festivalda iştirak etmişlər.

Azərbaycanın Çindəki səfirliyinin dəstəyi ilə tələbələrimiz ölkəmizin zəngin mədəniyyətini nümayiş təbliğ etmişlər. Azərbaycana həsr olunmuş stend tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur. Burada Azərbaycanın mədəniyyəti, təbiəti reallıqlarını əks edən cəlbedici fotoşəkillər, kitab jurnallar, musiqi alətləri, milli geyimlər, əl işləri, həmçinin ölkəmizin turizm imkanları nümayiş etdirilmişdir.

Tələbələrdən ibarət rəqs qrupu milli rəqslərimizi ifa etmiş, Azərbaycan mətbəxinin nümunələri nümayiş olunmuşdur.

Tədbirə qatılan Azərbaycanın Çindəki səfiri Yaşar Əliyev Renmin Universitetinin prorektoru xanım Hsüe Xuanbay ilə görüşmüşdür.

Səfir universitetin kitabxanasına Azərbaycanın reallıqlarını əks etdirən kitab, jurnal CD-lər hədiyyə etmişdir.

Xatırladaq ki, dünyanın müxtəlif ölkələrindən 30 mindən çox tələbənin təhsil aldığı Renmin Universiteti Çin üzrə ümumi reytinqdə beşinci, hüquq, iqtisadiyyat jurnalistika sahəsində isə birinci yerdədir. Çinin bir çox siyasi rəhbəri hökumətin yüksək səviyyəli şəxsləri bu universitetin məzunlarıdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 27 oktyabr.- S.7.