Ötən əsrin əvvəlindəki Bakı

 

Hörmətli redaksiya, biz Azərbaycana qonaq gəlmişdik. Sizin dövlətin baş şəhəri yaraşıqlı xanım kimi əsrarəngiz idi. İnsanlar heç nədən çəkinmədən gecəyarısı gəzirdilər, parklar, dənizkənarı bulvar nağıla bənzəyirdi. Görəsən, Bakı yüz il əvvəl necə olub? Bu haqda məlumat verə bilərsinizmi? Sizin qəzetin internet versiyasını biz - xaricdə yaşayan azərbaycanlılar maraqla izləyirik.

 

Adilə Əliyeva, pianoçu

Fransa

 

Ötən əsrin əvvəllərində təxminən 200 min nəfər əhalisi olan Bakı törədilən qətllərin sayına görə dünyanın ən qorxulu şəhərlərindən biri idi. Yalnız 1908-ci ildə şəhərdə 558 adam öldürülmüş, 549 nəfər isə qaçaq quldurlar tərəfindən soyulub talan edilmişdi.

Tədqiqatçı-alim Tahir Behbudovun araşdırmalarına görə, bu qorxunc statistikanın reallıq kimi gündəmə gəlməsinin əsas səbəblərindən biri neft sənayesinin inkişafı idi. Belə ki, XIX əsrin ikinci yarısından sonra Bakının neft sənayesinə fransız, isveç, alman ingilis kapitallarının sürətli axını vüsət alır. Varlanan şəhər yalnız neft istehsalçılarını özünə cəlb etmirdi. Eyni zamanda, Bakıya bütün dünyadan cinayətkar aləmin seçmə nümayəndələrinin yürüşü başlanır. Onlar varlı adamları oğurlayaraq pul qopardır, qanlı qətllər törədirdilər.

Ötən əsrin əvvəllərində Bakıda "Anarxist üsyankarların partiyası", "Qırmızı yüzlük", "Qırmızı bayraq", "Qara qarğalar", "Bakı kommunistlərinin Mərkəzi Komitəsi" s. kimi təşkilatlar fəaliyyət göstərirdi. Bu təşkilatların yaratdıqları terrorçu quldur dəstələri şəhəri vahimə içində saxlayırdı. Digər tərəfdən, şəhərin müsəlmanlara aid hissəsində yerli qoçular - "piştonçular", erməni məhəllələrində isə "mauzeristlər" mübahisələrin "razborkalarını" aparır, cangüdənlik edir həmçinin pullu qətllər törədirdilər. Çox zaman onların arasında rəqabət milli münaqişələr zəminində qanlı toqquşmalar baş verirdi. Bakı dünyanın həm varlı, həm ən qorxulu şəhərlərindən birinə çevrilirdi.

Əlbəttə, bütün bunlar neft istehsalının artırılmasında, xarici kapitalın Bakıya cəlbində maraqlı tərəf kimi çıxış edən çar Rusiyasını narahat etməyə bilməzdi. Neftdən bəhrələnən Rusiya tərəfindən Bakı ən vacib strateji nöqtə kimi qorunurdu. Təhlükəsizlik məsələləri, fəhlə hərəkatının yatırılması ilə bağlı Sankt-Peterburqda, Moskvada polis sistemində tətbiq edilən bütün yeniliklər yubanmadan Bakıda onun əyalətlərində həyata keçirilirdi. Bakı imperator İkinci Nikolayın islahatçı Stolıpinin birbaşa nəzarəti altında idi. 1905-ci il fevralın 15- Bakıda general-qubernator vəzifəsi təsis edildi üç gün sonra İkinci Nikolayın fərmanı ilə Bakı Bakı qəzasında hərbi vəziyyət elan olundu. Sankt-Peterburq Rusiyanın düşünən beyni, Bakı isə nəhəng imperiyanın işləyən ürəyi idi.

1905-ci ilin 22-25 avqustunda Bakıda baş verən qanlı hadisələr zamanı Balaxanı-Suraxanı rayonlarında buruqların 75 faizi, Abşeronda 60 fazdən yuxarısı yandırıldı. 68 neftayırma zavodundan 24-ü fəaliyyətini dayandırdı. Həmin il sentyabrın 22- Peterburqda neft sənayeçilərinin fövqəladə iclasında Bakı kapitalistləri çar hökumətindən cəzasız cinayətlərin fəhlə ekstremizminin qarşısının alınmasını tələb etdilər. İmperator şəhərin neft sənayesinin xüsusi struktur kimi qorunması haqqında fərman imzaladı.

Minlərlə fəhlə Bakıdan sürgün edildi. Polis gücləndirildi. Təkcə Sabunçu-Balaxanı rayonunda xidmət edən polismeystrlərin sayı minə çatdırıldı. Bakıda sahibkarların maliyyə fondu hesabına saxlanılan "keşikçi polis" fəaliyyətə başladı. Bakı qradonaçalniki vəzifəsini icra edən polkovnik Martınov bir neçə il ərzində yerli qoçularla mauzeristləri qarşı-qarşıya qoyub bir-birinə qırdırdı, qalan kiçik dəstələri isə polisin gücü ilə ləğv etdi...

 

 

B.İMANQULİYEV

 

Azərbaycan.- 2009.- 27 oktyabr.- S. 7.