Tariximiz, kimliyimiz

 

Tanınmış şair, nasir publisist Eldar İsmayılın təzə çapdan çıxmış "Zülmətdə parlayan qılınc" tarixi sənədli romanı XIX əsrin sonları XX əsrin əvvəllərində indiki Ermənistan adlanan ərazidə, əsasən , Göyçə mahalında cərəyan edən ictimai-siyasi hadisələrə toxunur. Adından da göründüyü kimi, bu kitabda haqla nahaqqın, işıqla qaranlığın, xeyirlə şərin üz-üzə dayandığı məqamlara güzgü tutulub. Burada həm bədii sözün, həm tarixi faktların gücündən istifadə edilərək Azərbaycan türklərinə qarşı yeridilən məkrli siyasətdən qanlı qırğınlardan danışılır. Soydaşlarımıza qarşı illər boyu aparılan ədalətsiz müharibələrdən, terrordan, xəyanətdən söz açılır.

 

Oxucular əsər boyu müəllifin həyatdan götürdüyü qəhrəmanı Məşədi İsanın silahdaşlarının şəxsində Azərbaycan türklərinin 1905-1907, 1918-1919-cu illərdə erməni-daşnak birləşmələrinə qarşı apardığı mücadilənin şahidi olurlar. Əsərin qəhrəmanı Qaramanlı Məşədi İsa bacarıqlı, gözü açıq, maarifpərvər, müdrik, xalqının, torpağının qədir-qiymətini bilən bir türk oğludur. Müəllif onu oxucuya cəngavər bir qəhrəman, etibarlı dost, vətənsevər şəxsiyyət kimi təqdim edə bilib.

Kitabda erməni faşistlərinin Qarabağda, Zəngəzurda, Bakıda, eyni zamanda, Göyçədə törətdikləri qırğınların şahidi oluruq. Məşədi İsanın düşmənlərə qarşı apardığı mübarizə onun ağıllı qüdrətli cəngavər olduğunu müxtəlif olaylarda təsdiq edir. Əsəri oxuduqca ermənilərin xalqımızın başına gətirdiyi qanlı olayların bir daha şahidi olursan. İrəvan quberniyasında ermənilər tərəfindən viran edilən 211 türk kəndinin fəryadı eşidilir...

"Zülmətdə parlayan qılınc" əsəri geniş coğrafi məkanı əhatə edir. Baş verən hadisələrin mərkəzi Göyçə olsa da, oxucular Qars, İqdır, İrəvan, Vedibasar, Dərələyəz, Zəngəzur başqa ərazilərdə törədilən qırğınlardan da xəbər tuturlar.

Millətin başına gətirilən faciələri dolğun, tarixi faktlar təsirli dillə qələmə alan Eldar İsmayıl böyük zəhmətə qatlaşaraq vacib əhəmiyyətli bir işin öhdəsindən ustalıqla gəlmişdir.

Kitabın ən maraqlı səhifələrindən biri Aşıq Alı Aşıq Ələsgərə həsr edilən bölmələrdir. Aşıq sənətimizin bu görkəmli nümayəndələrinin yaradıcılığına toxunan müəllif həm onların erməni zülmündən çəkdiklərini faktların köməyi ilə dilə gətirir.

Kitabda maraqlı bir fakt da diqqəti cəlb edir. Bu da "Molla Nəsrəddin" jurnalının müasiri olan, onun ideya qardaşı "Leylək" satirik jurnalının İrəvanda çap edilməsidir. Həmin jurnalın da səhifəsində ermənilərin başımıza gətirdiyi qanlı hadisələrlə bağlı müxtəlif yazılar işıq üzü görüb.

Kitabı vərəqlədikcə Xocalı soyqırımına bənzəyən neçə-neçə qətliamdan xəbər tutulur. Onlarla, yüzlərlə kəndin, yaşayış məntəqəsinin daşnaklar tərəfindən Yer üzündən silinməsi çox ağrıdıcı faktlardır. Xüsusilə , kitabın sonunda qoşmaları dastanları ilə məşhur olan Aşıq Nəcəfin silah götürüb erməni quldurlarına qarşı mərdliklə vuruşaraq xalq qəhrəmanı səviyyəsinə yüksəlməsini müəllif təsirli təqdim edə bilib. Erməni faşistləri bu mərd insanı, el-haqq aşığını hiylə ilə ələ keçirərək onun kürəyinə qaynar samovar bağlamış, ağlagəlməz vəhşiliklə qətlə yetirmişlər. Müəllif Aşıq Nəcəfin şəxsində Azərbaycan türklərinin məğrur, yenilməz, yeri gələndə torpaq, xalq yolunda çəkinmədən ölümə getməyi bacaran vətən oğlunun parlaq obrazını yaradıb.

Eldar İsmayılın bu kitabını həyəcansız oxumaq mümkün deyil. "Zülmətdə parlayan qılınc" tarixi bədii roman kimi çox dəyərlidir. Gərgin zəhmətin, ağrılı duyğuların hesabına başa gələn bu nəsr əsəri çox düşündürücü təsirlidir. Tarixi hadisələrlə, ictimai-siyasi məqamlarla zəngin olan yeni kitab tarixçilər, etnoqraflar, ilk növbədə , geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Hər şeydən əvvəl, bu kitab həm tariximiz kimliyimiz haqqında bir bəyannamədir.

 

 

Məfkurə HÜSEYNZADƏ,

ATU-nun Azərbaycan dili

kafedrasının dosenti

 

Azərbaycan.- 2009.-27 oktyabr.- S. 7.