Yunan-Roma güləşi üzrə Azərbaycan pəhləvanları vətənə 6 medalla qayıtmışlar

 

İstanbulda gənclər arasında yunan-Roma güləşi üzrə keçirilmiş beynəlxalq turnir başa çatmışdır. Turnir pəhləvanlarımızın uğurlu çıxışı ilə yadda qalmışdır. Mübarizənin ilk günündə 3 medal (2 qızıl, 1 bürünc) qazanmış pəhləvanlarımız, müvəffəqiyyəti növbəti günlərdə davam etdirmişlər. Oktyabrın 24- 120 kq çəkidə mübarizə aparmış Zaur Mehrəliyev fəxri kürsünün 3-cü pilləsinə yüksəlmiş bürünc mükafata yiyələnmişdir.

Turnirin sonuncu günündə xalça üzərinə çıxan Orxan Paşayev (60 kq) Şəhriyar Məmmədov (84 kq) qızıl medal qazanmaqla komandamızın medallarının sayını 6-ya çatdırmışlar. Bu nəticə ilə Azərbaycan millisi ev sahiblərindən sonra komanda hesabında 2-ci yeri tutmuşdur. Turnirin ilk günündə Eldəniz Əzizli (50 kq) Rəsul Cunayev (66 kq) qızıl, Toğrul Yunisli (66 kq) bürünc medala sahib olmuşlar. Gənc yunan-Roma güləşçilərimiz Türkiyədə məşqçilər İlqar Abdulov Zöhrab Abbasovun rəhbərliyi ilə yarışmışlar. Hakimlər briqadasında ölkəmizi beynəlxalq dərəcəli referi Hüseynağa Əhmədov təmsil etmişdir.

 

 

Azərbaycan.- 2009.- 27 oktyabr.- S. 8.