Gələcəyin xoş anlarına
inam artır
Azərbaycan dünya
miqyasında təkcə
zəngin enerji ehtiyatlarına görə
yox, həm də sürətli siyasi və iqtisadi inkişafa malik olan, bu
və digər sahədə uğurlu islahatlar həyata keçirən, mühüm
geostrateji əhəmiyyət
daşıyan bir ölkə kimi tanınır. Ölkəmiz artıq regional yox, həm
də beynəlxalq miqyasda öz sözünü deyən,
mövqelərini milli
maraqlar çərçivəsində
tam müdafiə etməyi bacaran bir dövlət kimi xarakterizə olunur. Bütün bunlar isə
Azərbaycanın ən
ağrılı problemi
sayılan Dağlıq
Qarabağ münaqişəsi,
eləcə də bunun nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşən
insanların qarşılaşdığı
çətinliklərin həlli
istiqamətində müəəyən
irəliləyişlərin əldə edilməsilə nəticələnir.
Hazırda Avropada
qaçqın və məcburi köçkünlərin
sayına görə ilk yerləri tutan Azərbaycanda bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşması, yaşadıqları
problemlərin vaxtında
çözülməsi dövlətin
xüsusi diqqətindədir. Bunun ən bariz nümunəsi
isə artıq Azərbaycanda bir dənə də olsun çadır şəhərciyinin qalmamasıdır.
Hələ 2003-cü ildə
"Azərbaycanda bir
dənə də olsun çadır şəhərciyi qalmayacaq"
- deyən Prezident İlham Əliyev bu vədinə cəmi 4 ildə əməl etdi, 12 çadır şəhərciyi
ləğv olundu. Onların əvəzində isə qaçqın və məcburi köçkünlər
üçün müasir
binalar, evlər, məktəblər, tibb məntəqələri və
digər sosial obyektləri olan qəsəbələr salındı.
Belə qəsəbələrdə
məskunlaşan məcburi
köçkünlər üçün hər cür şərait yaradıldı və onlar əvvəlki kimi daim dövlətin
qayğısı ilə
əhatə olundu. Lazımi infrastrukturla təmin edilən bu qəsəbələrdə
böyük hissəsi
torpağa bağlı
olan məcburi köçkünlərin əkin-biçinlə məşğul
olması üçün
onlara həyətyanı
sahələr də ayrıldı.
Bu siyasət indi də Prezident
İlham Əliyevin bilavasitə nəzarəti
altında uğurla davam etdirilməkdə, məcburi köçkünlər
üçün yeni yaşayış qəsəbələri
salınmaqdadır. Bunun
ən bariz nümunələrindən biri
Prezident İlham Əliyevin daha 700-ə yaxın məcburi köçkün
ailəsi üçün
yeni çoxmərtəbəli
yaşayış binalarının
tikilməsinə dair cari ilin sentyabrın
2-də imzaladığı
sərəncamdır. Qeyd edək
ki, bu məqsədlə
Azərbaycan Respublikasının
2009-cu il dövlət
büdcəsində nəzərdə
tutulmuş Azərbaycan
Respublikası Prezidentinin
Ehtiyat Fondundan Qaçqınların və
Məcburi Köçkünlərin
İşləri üzrə
Dövlət Komitəsinə
3 milyon manat məbləğində vəsait
ayrılmasına
göstəriş verilmişdir.
Yaxın perspektivdə
artıq müxtəlif
yataqxanalarda, bağçalarda,
digər belə yerlərdə məskunlaşan
məcburi köçkünlərin
hamısının bu
cür qəsəbələrdə
məskunlaşması prosesinin
tam başa çatdırılacağı gözlənilir.
2004-cü ildə qəbul edilmiş "Qaçqınların
və məcburi köçkünlərin yaşayış
şəratinin yaxşılaşdırılması
və məşğulluğunun
artırılması üzrə
Dövlət Proqramı"
və 2007-ci ildə həmin proqrama edilən əlavələr
bu kateqoriyadan olan soydaşlarımızın
yaşayış səviyyəsinin əhəmiyyətli
dərəcədə yaxşılaşmasına
xidmət etməkdədir.
Belə ki, həmin proqram məcburi köçkünlərin
mənzil problemlərini
həll etməklə
yanaşı, onların
məşğulluq səviyyəsinin
yüksəlməsini də
təmin edir.
Bütün bunlar bir daha son
6 ildə qaçqınların
və məcburi köçkünlərin problemlərinin
həllində nə dərəcədə böyük
irəliləyişlərin əldə olunduğunu əyani surətdə göz önündə canlandırır. Bu qəbildən olan insanların ən böyük istəyi öz doğma torpaqlarına qayıtmaqdır.
Onlar Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasətin məntiqi nəticəsi olaraq tezliklə arzularına çatacaqlarına
çox inanırlar. Elə bu səbəbdəndir
ki, məcburi köçkünlər birmənalı
şəkildə Prezident
İlham Əliyevin həyata keçirdiyi siyasəti tam dəstəkləyirlər.
Məcburi köçkünlər
özlərinin də
mütəşəkkil bir
qüvvə kimi üzləşdikləri problemlərin
dünyaya çatdırılması
üçün fəaliyyət
göstərməkdə və
bu istiqamətdə dövlət başçısının
hərtərəfli qayğısını,
dəstəyini hiss etməkdədirlər. Cari ilin iyununda qurultayını
keçirən Dağlıq
Qarabağ Bölgəsi
Azərbaycanlı İcması
Birliyinin fəaliyyəti
bunu təsdiqləyir.
Birliyin icmadaxili və beynəlxalq ictimaiyyət arasında genişmiqyaslı
fəaliyyətinin daha
səmərəli qurulması
üçün mənzil-qərargahının əsaslı
təmiri və zəruri avadanlıqlarla təchiz edilməsi məqsədilə Prezident
İlham Əliyev cari ilin avqustun
31-də sərəncam
imzalayıb. Bu, məcburi köçkünlər
tərəfindən böyük
sevinclə qarşılanıb.
Xatırladaq ki, həmin
sərəncama əsasən,
2009-cu il dövlət
büdcəsində nəzərdə
tutulmuş Azərbaycan
Respublikası Prezidentinin
Ehtiyat Fondundan "Azərbaycan Respublikası
Dağlıq Qarabağ
bölgəsinin azərbaycanlı
icması" ictimai birliyinin mənzil-qərargahının əsaslı
təmiri və zəruri avadanlıqlarla təchiz edilməsi məqsədilə 2 milyon manat
məbləğində vəsait
ayrılmışdır. İcmanın
fəaliyyətinə hüquqi
statusun verilməsi onun beynəlxalq miqyasda fəal şəkildə təşkilatlanmasına,
erməni lobbisinin qərəzli təbliğat
kampaniyasına qarşı
effektiv mübarizə
aparmasına imkan yaradır. İcma Dağlıq Qarabağ azərbaycanlılarının üzləşdikləri acınacaqlı vəziyyət
barədə, eyni zamanda Ermənistanın azərbaycanlılara və
türklərə qarşı
tarixən törəkdikləri
soyqırımı cinayətləri
ilə bağlı məlumatların dünya
birliyinə çatdırılmasını
qarşısına əsas
məqsəd qoyub.
Bu istiqamətdə fəaliyyət üçün
isə qeyd olunduğu kimi, icmaya dövlət tərəfindən ən
yüksək səviyyədə
xüsusi qayğı
göstərilir.
Beləliklə, qeyd
edilənlərdən bir
daha aydın olur ki, qaçqınların
və məcburi köçkünlərin yaşayış
şəraiti son 6 ildə əhəmiyyətli
dərəcədə yaxşılaşmış,
onlar daim Prezident İlham Əliyevin göstərdiyi
qayğı və diqqətlə əhatə
olunmuşlar. Ən əsası isə odur ki, bu insanlar tezliklə öz doğma torpaqlarına qayıdacaqlarına
böyük ümid bəsləyirlər. Onlar
ölkə Prezidentinə
- Ali Baş Komandana tam inanır,
öz yurdlarına qayıdacaqları günün
uzaqda olmadığını
yaxşı bilirlər.
Rasim BAYRAMOV
Azərbaycan.- 2009.- 28 oktyabr.- S. 1.