Çexiya Respublikasının
Prezidenti zati-aliləri
cənab Vatslav Klausa
Hörmətli cənab Prezident!
Çexiya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu gün dost ölkələrimizin bir çox sahələrdə əməkdaşlığa qarşılıqlı marağı, Avropa strukturlarına inteqrasiya yolunda həyata keçirdiyimiz siyasətin ölkəniz tərəfindən fəal dəstəklənməsi məmnunluq doğurur. Əminəm ki, Azərbaycan-Çexiya münasibətlərinin istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində inkişafı istiqamətində bundan sonra da ardıcıl səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çexiya xalqına əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 15 oktyabr
2009-cu il
Azərbaycan.- 2009.- 28 oktyabr.- S. 1.