ABŞ Dövlət
Departamentinin hesabatında
Azərbaycan tolerant ölkə
kimi göstərilmişdir
Azərbaycan hökuməti ölkədə dini tolerantlığı fəal şəkildə dəstəkləyir. Bu fikirlər ABŞ Dövlət Departamentinin demokratiya, insan hüquqları və əmək məsələləri bürosunun dünyada dini vəziyyətlə bağlı yaydığı hesabatda qeyd olunmuşdur.
Hesabatın Azərbaycanla bağlı hissəsində deyilir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2008-ci ildə 103 dini icmanı qeydiyyata almışdır. Komitənin məlumatına görə, heç bir icmanın qeydiyyata alınmamasından imtina olunmamışdır. 2008-ci ildə dini icmaların sayı 534 olmuşdur. Hökumət vətəndaşların dini azadlığına və tolerantlığa hörmətlə yanaşır.
Dövlət Departamentinin sənədində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dini vəziyyətə təsirinə də toxunulmuşdur. Qeyd olunmuşdur ki, ermənilərin işğal altında saxladığı Azərbaycan ərazilərindən azərbaycanlılar qovulmuş, məscidlərin bir qismi dağıdılmış, bir qismi isə fəaliyyətini dayandırmışdır
Azərbaycan.- 2009.-28 oktyabr.- S. 1.