Azərbaycanın Rusiyadakı səfirliyi Moskvanın 3 məktəbinə kompüterlər bağışlamışdır

 

Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi Moskvada azərbaycanlı uşaqların təhsil aldığı 3 ümumtəhsil məktəbinin texniki təchizatı ilə əlaqədar aksiya keçirmişdir. Humanitar məsələlər üzrə müşavir Nigar Axundova başda olmaqla səfirliyin nümayəndələri azərbaycanlı ailələrdən olan 200-dən çox şagirdin təhsil aldığı 1331, 544 1233 nömrəli məktəblərə kompüter dəstləri hədiyyə etmişlər.

Səfirliyin nümayəndələri qeyd etmişlər ki, bu aksiyanın məqsədi həmvətənlərimizin təhsil aldığı tədris müəssisələrinin maddi-texniki bazasını möhkəmlətmək, onların təhsil səviyyəsini müasir tələblərə uyğunlaşdırmaq, məktəblərə kömək etməkdir. Diplomatlar məktəblərin rəhbərləri kollektivləri, şagirdlər onların valideynləri ilə söhbət etmiş, tədris prosesi ilə tanış olmuş, azərbaycanlı məktəblilərin təhsildə müvəffəqiyyətləri ilə maraqlanmışlar.

Azərbaycan səfirliyinin bu aksiyası 3 Moskva məktəbinin pedaqoji kollektivləri valideynlər tərəfindən yüksək qiymətləndirilmişdir. Tədris müəssisələrinin direktorları V.Məmmədova, T.Danilkina İ.Beluxina Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğluna səfirliyin nümayəndələrinə bu məktəblərə göstərdikləri diqqət qayğıya görə dərin minnətdarlıq bildirmişlər.

Görüşlərdə tədris prosesində Azərbaycan dilinin, ölkəmizin tarixinin, mədəniyyətinin coğrafiyasının daha dərindən öyrənilməsini nəzərdə tutan etnik-mədəni komponenti inkişaf etdirməyin zəruriliyi vurğulanmışdır. Qeyd edilmişdir ki, əsas fənlərə əlavə olaraq adaptasiya edilmiş xüsusi tədris proqramlarının metodikaların işlənib hazırlanması zəruridir. Səfirlik tərəfindən həmin məktəbləri dərsliklər, Azərbaycan ədəbiyyatı ölkəmiz haqqında müxtəlif mətbu məhsullarla təmin etmək, öz səhifələrində Azərbaycanın mədəniyyəti incəsənəti barədə söhbət açan "Baku" jurnalını hər ay həmin məktəblərə göndərmək təklif olunmuşdur.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2009.- 28 oktyabr.- S. 2.