Murmanskda Müslüm
Maqomayevin xatirə gecəsi keçirilmişdir
Müslüm Maqomayevin ölümündən bir
il ötdü. Müslüm Maqomayev heç vaxt Murmanskda yaşamasa da, burada onu
haqlı olaraq öz həmvətənləri
saymış və indi də sayırlar.
Müslüm Murmanska gəlməyi çox sevirdi. Qəhrəman şəhərdə sonuncu
dəfə 1995-ci ildə
vida qastrolunda olmuşdu.
Azərbaycan jurnalisti Əlihüseyn Şükürov
xəbər verir ki, Ümumrusiya Azərbaycan Konqresinin Murmansk vilayət bölməsində böyük
müğənniyə və
onun vəfatının
ildönümünə həsr
olunmuş xatirə gecəsi keçirilmişdir.
Murmansk vilayətindəki bütün
diaspor nümayəndələrinin,
KİV əməkdaşlarının bir araya gəldiyi
gecədə azərbaycanlıların
və bütün rusiyalıların yaddaşında
silinməz iz qoyub getmiş, şöhrəti bütün
dünyaya yayılmış
bir insanın parlaq yaradıcılığından danışılmışdır.
Müslümün portretindən onun
təbəssüm dolu
siması gecənin iştirakçılarını salamlayır, yalnız evindəki studiyada yazmağa macal tapdığı Sergey Yeseninin sözlərinə
bəstələnmiş "Əlvida, Bakı!" adlı son nəğməsi
isə dərin kədər hissi doğururdu.
AzərTAc
Azərbaycan.- 2009.- 28 oktyabr.- S. 2.