Bakıda Açıq
Media Günü keçirilmişdir
Şirkətin Bakıdan kənarda Qaradağdakı
ofisində bir qrup yerli jurnalistin
iştirakı ilə
keçirilən görüşə
qrup baş müdiri Ian Spottiswood və şirkətin digər nümayəndələri qatılmışlar.
Tədbir zamanı auditoriyaya MSCS-in son nailiyyətləri, işin nəticələri
və xüsusilə Xəzər regionunda irəliyə doğru addımlarının strategiyası
təqdim olundu. Təqdimatdan sonra şirkət rəhbərləri
jurnalistləri maraqlandıran
sualları cavablandırdılar.
Media nümayəndələrini
salamlayaraq onlarla açıq dialoqdan məmnun olduğunu deyən şirkət rəhbəri qeyd etdi ki, biz
bölgədə fəaliyyət
göstərmək məqsədilə
qarşımızda duran
vəzifələrdən və
vədlərdən həvəslənir,
MSCS-in MDB və xüsusən
də Xəzər regionunda işinin inkişaf etdirilməsini və genişləndirilməsini
arzulayırıq. Azərbaycan
bazarının inkişafı
mövqeyimizi gücləndirəcək
və şirkətə
yerli iqtisadiyyata töhfə vermək, o cümlədən irəliyə doğru getmək imkanını yaradacaqdır.
Şirkət 1975-ci ildə Nigeriyanın Laqos şəhərində gömrük rəsmiləşdiricisi kimi təsis edilmişdir. Bazarda olan tələb şirkətə 1981-ci ildə Londonun Heathrow hava limanında Murphy Shipping & Commercial Service Limited (MS&CSL) adı altında açılmasından öncə bir çox digər yerlərdə genişlənməyə imkan yaratdı. London filialının fəaliyyəti göstərdiyimiz xidmətlərin müxtəlifləşdirilməsi və Avropa, ABŞ və Mərkəzi Asiyada daha geniş şəkildə yayılması məqsədilə başlanğıc nöqtə kimi özünü doğrultmuşdur. 1993-cü ildə Murphy Shipping & Commercial Services Azərbaycanda, Bakıda öz ofisini açmış ilk xarici fraxt şirkəti oldu. Bu gün dünyanın müxtəlif guşələrində yerləşən qrupun 12 ofisində 350-dən artıq işçi qablaşdırma, izlənilmə və marşrutla müşayiət imkanlarını təmin edən "online" logistika sistemi mövcuddur. Xidmətlərimiz gömrükdə rəsmiləşdirmədən tutmuş "açar" prinsipi əsasında fraxtla daşınma xidmətləri layihələrə qədər müxtəlifdir.
Azərbaycan.- 2009.- 28 oktyabr.- S. 7.