Türkiyə Respublikasının Prezidenti
zati-aliləri cənab Abdullah Gülə
Hörmətli cənab Prezident!
Əziz qardaşım!
Milli bayramınız
- Respublika Günü
münasibətilə Sizə
və qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi
yetirirəm.
Xalqlarımızın iradə
və məramının
ifadəsi olan dostluq və qardaşlığımız bu
gün dövlətlərarası
münasibətlərimizin ruhunda
bilavasitə öz təcəssümünü tapmışdır.
Əminəm ki, tarixin sınaqlarından çıxmış bu böyük sərvətimizi
qoruyub saxlamaq və gələcək nəsillərə
çatdırmaq yolunda
səylərimizi bundan
sonra da əzmlə davam etdirəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
qardaş Türkiyə
xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 15 oktyabr 2009-cu il
Azərbaycan.- 2009.- 29 oktyabr.- S. 1.