"Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr
və dəyişikliklər
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2009-cu il 19 iyun tarixli 835-ıııqd nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikası Prezidentinin
bəzi fərmanlarına
əlavələr və
dəyişikliklər edilməsi barədə
"Azərbaycan Respublikasının
Vergi Məcəlləsinə
əlavələr və
dəyişikliklər edilməsi
haqqında" Azərbaycan
Respublikasının 2009-cu il
19 iyun tarixli 835-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2009-cu il 9 iyul tarixli 119 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. "Azərbaycan Respublikası
Vergi Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan
Respublikası Qanununun
və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq
edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust
tarixli 393 nömrəli
Fərmanına (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000-ci il, ¹ 8,
III kitab, maddə 616;
2005-ci il, ¹ 12, maddə
1099; 2006-cı il, ¹ 5,
maddə 400, ¹ 12, maddə
1034; 2007-ci il, ¹ 4, maddə
323, ¹ 12, maddə 1225; 2008-ci il, ¹ 11, maddə 972; 2009-cu il, ¹ 3, maddə 163, ¹ 4, maddə 226) aşağıdakı
əlavələr və
dəyişiklik edilsin:
1.1. 1.1-ci bənddə
"27.2-ci" sözlərindən əvvəl "2.8-ci maddəsində
(hər iki halda)," sözləri əlavə edilsin;
1.2. 1.2-ci bənddə
"175.8-ci" sözlərindən sonra ", 176.3-1-ci" sözləri
əlavə edilsin;
1.3. 1.4-cü bənddə
", 90.6-cı" sözləri
"maddələrində, 90.3-cü maddəsinin ikinci abzasında (ikinci halda)" sözləri ilə əvəz edilsin;
1.4. aşağıdakı
məzmunda 1.20-ci bənd
əlavə edilsin:
"1.20. həmin
Məcəllənin 90.3-cü maddəsinin ikinci abzasında (birinci halda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi həyata keçirir.".
2. Azərbaycan
Respublikası Prezidentinin
2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2001-ci il, ¹ 3, maddə 162; 2005-ci il, ¹ 9, maddə 797; 2006-cı il, ¹ 5, maddə 400; 2007-ci il, ¹ 4, maddə 323, ¹ 12, maddə 1246; 2008-ci il, ¹ 11, maddə 972) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Vergilər
Nazirliyi haqqında Əsasnamə"nin
9.9-cu bəndində "təsərrüfat
subyektlərinin" sözləri
"bölmələrinin" sözü ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹2,
maddə 61, ¹ 7, maddə 533) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyi haqqında Əsasnamə"nin
8.18-ci bəndində "vergi
hesab-fakturalarının
və qanunvericilikdə
müəyyən edilmiş
hallarda digər"
sözləri "qanunvericilikdə
müəyyən edilmiş
hallarda" sözləri
ilə əvəz edilsin.
4. Bu fərman 2010-cu il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
28 oktyabr 2009-cu il
Azərbaycan.- 2009.- 29 oktyabr.- S. 1.