Ümummilli lider Heydər Əliyevin məzarını
və Şəhidlər
xiyabanını ziyarət
Azərbaycanda səfərdə
olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komissiyasının
sədri Murad Mərcanın başçılıq
etdiyi nümayəndə
heyəti oktyabrın
28-də Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı və qurucusu, türk dünyasının lideri
Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə
əklil qoymuşdur.
Görkəmli oftalmoloq-alim
akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə
də güllər düzülmüşdür.
Sonra Şəhidlər
xiyabanını ziyarət
edən qonaqlar Azərbaycanın müstəqilliyi
və ərazi bütövlüyü uğrunda
canlarından keçmiş
qəhrəman Vətən
övladlarının xatirəsini
anmış, məzarları
üstünə tər
güllər düzmüş,
"Əbədi məşəl"
abidəsinin və şəhid türk əsgərlərinin
memorialının önünə
əklil qoymuşlar.
AzərTAc
Azərbaycan.- 2009.- 29 oktyabr.- S. 3.