Qarşılıqlı səfərlər münasibətlərin
daha da möhkəmlənməsində
mühüm rol oynayır
Ölkəmizdə səfərdə
olan Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının
sədri Murad Mərcanın başçılıq
etdiyi nümayəndə
heyəti oktyabrın
28-də Milli Məclisdə Beynəlxalq
əlaqələr və
parlamentlərarası münasibətlər
komitəsinin üzvləri
və bugünlərdə
Türkiyəyə səfər
etmiş deputatlarla görüşdülər.
Qonaqları səmimiyyətlə
salamlayan Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr
komitəsinin sədri
Səməd Seyidov dedi ki, Azərbaycan
parlament nümayəndə
heyəti bu yaxınlarda Türkiyədə
səfərdə olub
və çox səmərəli görüşlər
keçirib. Hesab edirik ki, qarşılıqlı
səfərlər qardaş
və dost ölkələrimiz arasında
münasibətlərin daha
da yaxşılaşmasında
mühüm rol oynayır.
Səmimi görüş
üçün təşəkkürünü
bildirən Murad Mərcan Azərbaycana səfərdən son dərəcə məmnun
olduqlarını dedi.
Onun sözlərinə
görə, Azərbaycana
səfərədə məqsəd
parlamentlərimiz arasında,
eləcə də digər sahələrdə
əlaqələrin daha
da genişləndirilməsinə
dair fikir mübadiləsi aparmaqdır.
Murad Mərcan Milli Məclisə gəlməzdən
əvvəl Azərbaycan
Prezidenti cənab İlham Əliyevlə görüşdüklərini və
bu görüşdən
çox məmnun qaldıqlarını diqqətə
çatdırdı. Onun
sözlərinə görə,
Azərbaycan Prezidenti ilə söhbətdə hər iki ölkənin
parlamentinin xarici
əlaqələr komitələri
arasında ildə azı iki dəfə
görüş keçirilməsinin
vacibliyi vurğulanıb.
TBMM-nin Xarici əlaqələr komissiyasının
sədri növbəti
görüşün Naxçıvanda,
sonra isə digər bölgələrdə
keçirilməsini təklif
etdi.
Murad Mərcan daha sonra dedi:
"Türkiyənin Baş
naziri Rəcəb Tayyib Ərdoğanın bu ilin mayında
Milli Məclisdə söylədiyi kimi, biz Azərbaycan və Türkiyə xalqlarını narahat edəcək, incidəcək
heç bir addım atmayacağıq".
Sonra görüşdə
qarşılıqlı maraq
doğuran digər məsələlər ətrafında
geniş fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2009.- 29 oktyabr.- S. 3.