Türkiyə parlamenti Ermənistanla
imzalanmış protokolları
ratifikasiya etməyə
tələsmir
Türkiyə parlamenti Ermənistanla imzalanmış
protokolları ratifikasiya
etməyə tələsmir.
Bu sözləri Azərbaycanda səfərdə
olan Türkiyə Böyük Millət Məclisi (TBMM) Xarici əlaqələr komissiyasının
sədri Murad Mərcan demişdir.
Murad Mərcan qeyd etmişdir ki, əvvəlcədən
dediyimiz kimi, biz Azərbaycanı incidəcək heç bir addım atmayacağıq. Protokolları
ratifikasiya etməyə
tələsmirik. Buna görə bizi sıxışdıran da
yoxdur.
TBMM-in Xarici əlaqələr komissiyasının
sədri demişdir ki, Azərbaycana səfərdən məqsəd
parlamentlərarası əlaqələrin,
eləcə də digər sahələrdə
münasibətlərimizin inkişafına
dair fikir mübadiləsi aparmaqdır.
Azərbaycan.- 2009.- 29 oktyabr.- S. 3.