Azərbaycan "İqtisadi, sosial və mədəni
hüquqlar üzrə Beynəlxalq Paktın Fakültativ
Protokolu"na qoşulan ilk ölkələrdəndir
Xarici İşlər Nazirliyinin mətbuat
xidmətindən bildirmişlər ki, iqtisadi, sosial və mədəni
hüquqlar üzrə Beynəlxalq Paktın Fakültativ Protokoluna
dair Qeyri-Hökumət Təşkilatları Koalisiyası Azərbaycanın
xarici siyasət idarəsinə məktub
ünvanlamışdır.
Məktubda Azərbaycanın
"İqtisadi, sosial və mədəni hüquqlar üzrə
Beynəlxalq Paktın Fakültativ Protokolu"na qoşulan ilk
ölkələrdən biri olması və qısa zamanda sənədin
Azərbaycan tərəfindən ratifikasiya olunacağına
dair təşəbbüslərin qurum tərəfindən dəstəklənməsi
öz əksini tapmışdır.
Cari il sentyabrın 25-də
Nyu-Yorkda BMT Baş Məclisinin 64-cü sessiyası zamanı
keçirilmiş BMT-nin ənənəvi illik müqavilə
tədbiri çərçivəsində xarici işlər
naziri E.Məmmədyarov Azərbaycan Respublikası adından
"İqtisadi, sosial və mədəni hüquqlar
haqqında Beynəlxalq Pakta Fakültativ Protokol"u
imzalamışdı. 1966-cı ildə qəbul edilmiş
"İqtisadi, sosial və mədəni hüquqlar haqqında
Beynəlxalq Pakt"a Azərbaycan Respublikası 1992-ci il
avqustun 13-də qoşulmuşdu.
2008-ci il dekabrın 10-da BMT
Baş Məclisinin müvafiq qətnaməsi ilə qəbul
olunmuş "İqtisadi, sosial və mədəni hüquqlar
haqqında Beynəlxalq Pakta Fakültativ Protokol"a əsasən,
iqtisadi, sosial və mədəni hüquqlar üzrə Komitənin
fərdlər, fərdlər qrupu, ya da onların nümayəndələrindən,
Paktda əksini tapmış iqtisadi, sosial və mədəni
hüquqların pozulması ilə əlaqədar şikayət
almaq və onlara baxmaq səlahiyyətini Paktın iştirakçısı
olan dövlətlər tanıyır.
Azərbaycan.- 2009.- 29 oktyabr.- S. 3.