Uşaq və
gənclər mətbuatının
vəziyyəti müzakirə
edilmişdir
Azərbaycan Mətbuat
Şurasının (MŞ) təşəbbüsü ilə
oktyabrın 28-də
"Azərbaycan gəncləri"
qəzetinin 90 illik yubileyinə həsr olunmuş "Azərbaycan
KİV sistemində uşaq
və gənclər mətbuatının rolu: dünən, bu gün, sabah" mövzusunda "dəyirmi
masa" keçirilmişdir.
Tədbiri açan MŞ-nin sədri Əflatun Amaşov uşaq və gənclərlə bağlı
mətbuat orqanlarının
inkişafının zəruriliyini
qeyd etmişdir.
"Dəyirmi
masa"da çıxış edən
digər natiqlər uşaq və gənclər mətbuatı
sistemində onilliklər
boyu lider olan "Azərbaycan gəncləri" qəzetinin
respublikanın mərkəzi
KİV-ləri üçün
baza rolu oynadığını vurğulamışlar.
Tədbirdə respublikamızda
uşaq və gənclər mətbuatının
cəmiyyətdəki rolunun
artırılması, onların
dövriliyinin sabitləşdirilməsi,
həmçinin çətinliklərin
aradan qaldırılması
ilə bağlı fikirlər səsləndirilmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 29 oktyabr.- S. 3.