"Xocalı faciəsi
şəkillərdə" mövzusunda fotosərgi açılmışdır
"Xocalı Soyqırımını
Tanıtma" İctimai
Birliyi (İB) ilə Hollandiyada fəaliyyət göstərən Türklərin
Soyqırımılarını Araşdırma vəqfi arasında bağlanmış
müqaviləyə əsasən,
2010-cu ilin fevralında
Haaqa şəhərində
erməni qəsbkarlarının
əzəli Azərbaycan
torpaqlarında dinc əhaliyə qarşı
törətdikləri soyqırımı
faciəsi ilə bağlı beynəlxalq ictimai məhkəmənin
keçirilməsi planlaşdırılmışdır.
Birliyin ictimaiyyətlə
əlaqələr şöbəsindən
bildirmişlər ki, bu ərəfədə qurumun fəalları Azərbaycanın şəhər
və rayonlarında silsilə tədbirlər keçirir, təşkilatın
maddi-texniki bazasını
gücləndirmək üçün
zəruri addımlar atırlar.
Belə tədbirlərdən
biri də oktyabrın 27-də Salyan Şəhər Dövlət Rəsm Qalereyasında "Xocalı
faciəsi şəkillərdə"
mövzusunda keçirilmiş
fotosərgi olmuşdur.
Tədbirdə İB-nin
sədri Şamil Sabiroğlu beynəlxalq ictimai məhkəməyə
hazırlıq çərçivəsində
keçirilən fotosərginin
əhəmiyyətindən danışmışdır. Bildirmişdir
ki, qurum Azərbaycan Mətbuat Şurası ilə birlikdə "Qarabağ mövzusunun və Xocalı soyqırımının
mediada təbliğinə
dəstək" layihəsini
də həyata keçirir.
Çıxış edənlər
ermənilərin əsrlər
boyu Azərbaycan və türk xalqlarına qarşı həyata keçirdikləri
soyqırımı siyasətinin
dünya ictimaiyyətinə
çatdırılmasında İB-yə uğurlar arzulamışlar.
Sonda Salyan şəhər 3 nömrəli
orta məktəbin şagirdləri maraqlı
ədəbi-bədii kompozisiya göstərmişlər
Azərbaycan.- 2009.- 29 oktyabr.- S. 5.