Pensiya sistemində edilən dəyişikliklər sosial ədalətin bərpasına xidmət edir

 

Dünən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov KİV nümayəndələri üçün Yeni Azərbaycan Partiyasının qərargahında mətbuat konfransı keçirmişdir.

 

S.Müslümov "Əmək pensiyaları haqqında" qanuna əlavələr dəyişikliklərin edilməsinin cəmiyyətdə müəyyən ajiotaj yaratdığını söylədi. Qeyd etdi ki, bunun əsas səbəbi qanuna edilən yeniliklərin əsl mahiyyətinin cəmiyyətə düzgün çatdırılmamasıdır. Əslində qanunda yer alan dəyişikliklər sosial ədalət prinsipinin bərpa olunmasına yönəlib. Sədr vurğuladı ki, sovet dönəmində pensiyanın hesablanmasında sığorta sistemindən istifadə olunmayıb. Buna görə əmək pensiyası ilə dövlət sosial müavinəti arasında ciddi bir fərq yox idi. 2006- ilin yanvarın 1-dən bu iki sistemin ayrılması hər kəsə layiq olduğu pensiya təminatını almağa imkan verir. Hazırda qanunda edilən dəyişikliklər elə pensiya sisteminin sosial ədalət prinsipləri əsasında formalaşmasına doğru atılan növbəti bir addımdır.

Fondun sədri KİV nümayəndələrindən xahiş etdi ki, cəmiyyətə qanunda edilən dəyişikliklərin əsas prinsipləri olduğu kimi çatdırılsın. Bu məsələdə emosiyalara qapılaraq cəmiyyətdə çaşqınlıq yaratmağa yol vermək olmaz.

S.Müslümov bildirdi ki, qanunda dəyişikliklər edilərkən pensiya-sığorta qurumlarının işini təkmilləşdirmək, ölkələrinin bu sahədəki müsbət təcrübəsindən faydalanmaq sığorta maliyyələşməsinin mənbələrinin təsnifatı əsas prinsip kimi götürülüb. O, qanunda yer alan dəyişikliklərin 4 qrupa bölündüyünü dedi. Birincisi, düzəlişlər pensiya yaşının artırılmasını özündə ehtiva edir. Bu addımı atarkən dünya, o cümlədən MDB ölkələrində qadın kişilərin pensiya yaşının müqayisəli təhlili aparılıb. Məlum olub ki, Gürcüstanda pensiya yaşı kişilər üçün 65, qadınlar üçün 60-dır, Tacikistanda bu rəqəm kişilər üçün 63, qadınlar üçün 58, Latviyada kişi qadınların pensiya yaşı 62-dir. İnkişaf etmiş Avropa ölkələrində kişilər qadınlar əsasən 65 yaşda pensiyaya çıxmaq hüququ qazanırlar. Şərqi Avropa ölkələrindən Macarıstanda da hər iki cinsdən olan insanlar 62, Norveçdə 67, Yaponiyada isə 70 yaşdan pensiyaya çıxırlar.

Sədr jurnalistlərin nəzərinə çatdırdı ki, bu sahədə atılan addımlar tədricən həyata keçiriləcək hər il 6 ay müddətinə pensiya yaşları artırılacaq. Beləliklə, qanunda olan dəyişikliklər 6 ildən sonra tam həyata keçiriləcək. Həmçinin jurnalistlərə məlumat verildi ki, hazırda Azərbaycanda pensiya sistemindən çıxan (yəni, dünyasını dəyişən) kişilərin orta yaşı 74,7, qadınlarınkı isə 75,8-dir. Beləliklə, indiki yaş həddində kişilər 12,7, qadınlar 18,8 il pensiya alırlar.

Səlim Müslümov daha sonra bildirdi ki, əhali tərəfindən ən çox müzakirə olunan məsələlərdən biri imtiyazlı pensiya təyinatları ilə bağlı sənədləşmələrlə bağlıdır. Burada yenilik çoxuşaqlı sayılan anaların uşaqlarının sayının 3-dən

5-ə qaldırılmasıdır. Hazırda dünyanın 100-dən çox ölkəsində 5 daha çox uşağı olan qadınlara yaşa görə əmək pensiyası müəyyənləşdirilir. Qanunda olan dəyişiklikdə 5 uşağa görə 5 il güzəşt verməklə yanaşı, həm əlavə uşaq üçün yaş azaldılmaqla 1 il əlavə güzəşt nəzərdə tutulur. Deməli, pensiyaya çıxan qadının 7 uşağı olarsa, onun pensiya yaşı 7 il aşağı salınır. Bu da çoxuşaqlı analara daha üstün güzəştlərin verilməsi deməkdir.

Mətbuat konfransının sonunda Səlim Müslümov jurnalistləri maraqlandıran çoxsaylı suallara cavab verdi.

 

 

Azərbaycan.- 2009.- 29 oktyabr.- S.8.