Azərbaycanın sürətli inkişafı düzgün siyasətin, uğurlu iqtisadi islahatların nəticəsidir

 

Oktyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonuna gəlmişdir.

2003-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində İsmayıllı rayonunda geniş abadlıq quruculuq işləri aparılmışdır. Rayonda ümumi məhsul buraxılışı 2003-cü ilə nisbətən 2008-ci ildə 2,9 dəfə artaraq 90 milyon 164 min manata, sənaye məhsulunun həcmi 1,6 dəfə artaraq 20 milyon 306,7 min manata, kənd təsərrüfatı məhsullarının həcmi 2,1 dəfə artaraq 48 milyon 39 min manata çatmış, əsas kapitala yönəldilən investisiyalar 15,6 dəfə artaraq 17 milyon 754,3 min manat, tikinti-quraşdırma işlərinin həcmi 17,3 dəfə artaraq 16 milyon 148,8 min manat təşkil etmişdir.

Əhalinin təbii qaz təminatının yaxşılaşdırılması istiqamətində görülmüş işlər nəticəsində son 5 ildə rayonun 15 yaşayış məntəqəsinə təbii qaz verilməsi bərpa edilmiş, İsmayıllı şəhərində 680 abonentin qaz təminatı yaxşılaşdırılmışdır. Rayonda yeni təhsil səhiyyə obyektləri tikilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva İsmayıllı şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoymuşlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.-30  oktyabr.- S. 1.