Prezidentin mətbuat
xidmətinin məlumatı
Oktyabrın 29-da Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev Türkiyə Respublikasının
Prezidenti Abdullah Gülə telefonla zəng etmişdir. Dövlətimizin başçısı
Abdullah Gülə ad günü münasibətilə, eyni
zamanda Türkiyənin
milli bayramı - Respublika Günü münasibətilə təbriklərini
çatdırmışdır. Prezident İlham Əliyev Türkiyə Prezidentinə cansağlığı,
fəaliyyətində uğurlar
və Türkiyə xalqına firavanlıq arzulamışdır.
Türkiyə Prezidenti təbriklərə və
göstərdiyi diqqətə
görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmiş, Azərbaycan xalqına ən xoş arzularını çatdırmışdır.
Telefon söhbəti
zamanı qarşılıqlı
maraq doğuran bir sıra məsələlər
ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2009.- 30 oktyabr.- S. 1.