Heydər Əliyev adına mədəniyyət istirahət parkında aparılmış yenidənqurma işləri ilə tanışlıq

 

Oktyabrın 29-da Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva İsmayıllı şəhərində Heydər Əliyev adına mədəniyyət istirahət parkında aparılmış yenidənqurma işləri ilə tanış olmuşlar.

Dövlətimizin başçısına məlumat verildi ki, bu istirahət ocağı ümummilli liderimizin anadan olmasının 75 illiyi ilə əlaqədar 1998-ci ildən Heydər Əliyev adına mədəniyyət istirahət parkı adlandırılmışdır.

Parkın ümumi sahəsi 9 hektardır. Cari ilin may ayından parkda abadlıq yenidənqurma işlərinə başlanmışdır. Bu istirahət ocağında hündürlüyü 12,5 metr, eni 19,5 metr olan əzəmətli giriş portalı yaradılmışdır. Xüsusi kompozit materialdan hazırlanan həmin portalın üzərində "Heydər Əliyev adına park" sözləri həkk olunmuşdur. Portalın ətrafı qranit daşla üzlənmişdir.

Parkın girişində - 2 min kvadratmetr sahədə Azərbaycanın milli ornamentlərinə uyğun xüsusi gül çələnglərindən ibarət guşə yaradılmış, 15 min kvadratmetr sahəyə müasir dizaynla daş, 45 min kvadratmetr sahəyə isə qazon döşənmişdir.

Parkın ərazisində olan tikililər müasir üslubda əsaslı təmir edilmiş, 500 nəfərlik yeni yay kinoteatrı tikilmiş, Tarix-Diyarşünaslıq Muzeyi, uşaq yaradıcılıq mərkəzi, idman-əyləncə klubu yaradılmışdır. Parkda 16 min kvadratmetr əraziyə daş plitə döşənmiş, 5 hektar sahədə yaşıllıq salınmış, uzunluğu 132 metr, eni 7 metr olan müasir fəvvarə, işıqlandırma suvarma sistemləri quraşdırılmışdır. Abadlıq yaşıllaşdırma işlərində Almaniya, İtaliya Türkiyədən gətirilmiş 10 min ağac gül kolundan istifadə olunmuşdur.

Parkda 13 dekorativ fiqur, 5 istirahət köşkü quraşdırılmışdır.

Dövlətimizin başçısı xanımı uşaq yaradıcılıq mərkəzi ilə tanış oldular. Üçmərtəbəli mərkəzin ümumi sahəsi 3.320 kvadratmetrdir. Uzun müddət fəaliyyətsiz qalan mərkəz tamamilə yenidən qurulmuş, mebel digər lazımi avadanlıqla təchiz olunmuşdur. Uşaq yaradıcılıq mərkəzində 350 yerlik tamaşa salonu da vardır. Burada uşaqların bilik bacarıqlarını artırmaları üçün müxtəlif dərnəklər fəaliyyət göstərir.

Parkın ərazisində Azərbaycanda ilk dəfə olaraq 1500 kvadratmetr sahədə yapon mütəxəssisləri tərəfindən "Yapon bağı" salınmışdır.

Prezident İlham Əliyev xanımı "Yapon bağı" gəzdilər. Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki məlumat verərək dedi ki, "Yapon bağı" yaponiyalı mütəxəssislər tərəfindən salınmışdır.

Sonra dövlətimizin başçısı xanımı ümumi sahəsi 360 kvadratmetr olan Tarix Diyarşünaslıq Muzeyi ilə tanış oldular. Muzeyin tamamilə yenidən qurulmuş binasında iki ekspozisiya zalı bir konfrans salonu vardır. Ekspozisiya zallarının birində İsmayıllı rayonunda aparılmış arxeoloji qazıntılar zamanı tapılmış məişət əşyaları, sikkələr, Lahıc misgərlərinin əl işləri s. nümayiş olunur. İkinci ekspozisiya zalında isə xalça-kilim məmulatı saxlanılır. Eskponatların bir qismi bizim eradan əvvəlki dövrə aiddir.

Prezident İlham Əliyev parkda 1100 kvadratmetr sahəsi olan idman-əyləncə klubu ilə tanış oldu. Burada bilyard tennis stolları quraşdırılmışdır. Dövlətimizin başçısı bilyard oynadı.

Azərbaycan Prezidenti mədəniyyət istirahət parkındakı uşaqlar üçün əyləncə qurğularına da baxdı. Burada müxtəlif tipli 16 əyləncə qurğusu quraşdırılmışdır. Ərazidə 240 kvadratmetr sahəsi olan diskoteka da inşa olunmuşdur. Bu obyektin inşası zamanı kompozit şüşə materiallardan istifadə olunmuşdur.

Dövlətimizin başçısı İsmayıllıda həyata keçirilən yenidənqurma işləri ilə bağlı tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 30 oktyabr.- S. 2.