Akademik Zərifə
Əliyeva adına park ismayıllılıların
sevimli istirahət məkanlarından biridir
Oktyabrın 29-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İsmayıllıda görkəmli
oftalmoloq alim, akademik Zərifə Əliyeva adına parkla tanış olmuşlar.
Məlumat verildi ki, Heydər Əliyev prospektində yerləşən və
1,6 hektar sahəni əhatə edən parkda inşaat işləri yüksək
səviyyədə həyata
keçirilmişdir. Müasir
tələblərə uyğun
qurulan və İsmayıllının görkəminə
xüsusi yaraşıq
verən Zərifə
Əliyeva adına parkda sakinlərin mənalı istirahəti üçün hər cür şərait yaradılmışdır.
İstirahət məkanında
milli üslubla müasirlik uzlaşdırılmışdır.
Parkın girişində
xüsusi kompozit materiallardan istifadə edilməklə hündürlüyü
12 metr, eni 31 metr olan portal
inşa olunmuşdur. Portalın üstündə
"Zərifə Əliyeva
adına park" sözləri yazılmışdır.
Mərmər üzlüklü
fəvvarənin, çarhovuzun
inşa edildiyi parkın ərazisində kafe və uşaq
meydançası fəaliyyət
göstərir.
Əraziyə üzlük
daşlar döşənmiş,
istirahət ocağında
geniş yaşıllaşdırma
işləri aparılmışdır.
Parkın mənzərəsi
yaddaqalan və ifadəli elementlərdən
ibarətdir. Uzunluğu
1,4 kilometr, eni 20 metr olan kanal
çay daşı ilə doldurulmuşdur. Kanalın 980 metri qala divarı kimi hörülmüşdür.
Prezident İlham Əliyev görülmüş
işləri yüksək
qiymətləndirdi.
Parkla üzbəüz
milli üslubda Qala divarları inşa olunmuşdur. Qala divarlarının qarşısında 2 min kvadratmetr sahədə yaşıllıq salınmış,
8 min kvadratmetr sahəyə isə müxtəlif növ daşlar döşənmişdir.
Sonra dövlətimizin
başçısı və
xanımı Qala divarının önündə
el sənətkarlarının
əl işlərindən
ibarət sərgiyə
baxdılar. Burada papaqçıların, sərracların,
misgərlərin, nalbəndlərin
əl işləri nümayiş olunur, qızlar xalça toxuyur, XVIII əsrə aid sac üzərində
yuxa bişirilirdi.
Prezident İlham Əliyev aşıqların,
Lahıc və Molla İsaqlı, İvanovka kəndlərinin
folklor qruplarının
Azərbaycan, rus və alban dillərində
çıxışlarını və rəqslərini izlədi. Folklor qrupları Azərbaycana, vətənə, dövlətimizin
başçısına aid
mahnılar oxudular.
Prezident İlham Əliyev el sənətkarları ilə
söhbət etdi. Lahıc kəndindən olan misgərlər dövlətimizin başçısına
durna çırağı
hədiyyə etdilər.
Dövlətimizin başçısı
rayon ağsaqqalları
ilə söhbət etdi. Yaşlı nəslin nümayəndələri
qeyd etdilər ki, tolerantlıq Azərbaycan xalqının
əsrlər boyu qoruyub saxladığı bir sərvətdir. Tarix boyu Azərbaycanda
bütün xalqlar mehriban şəraitdə yaşayıblar. Ölkəmizdə
heç vaxt milli, dini zəmində
ayrı-seçkilik olmamışdır. Azərbaycandakı
tolerantlıq bütün
dünyaya nümunədir.
Milli azlıqların
nümayəndələri bütün
bunlara görə Prezident İlham Əliyevə minnətdarlıqlarını
bildirdilər.
Talıstan kənd orta məktəbinin şagirdləri "Cavanşir"
tamaşasından bir parça nümayiş etdirdilər. Sumağallı
kənd orta məktəbinin ləzgi folklor qrupu, uşaq incəsənət
məktəbinin şagirdləri
də məharətlərini
göstərdilər.
Prezident İlham Əliyev İsmayıllı rayonunda da bütün xalqların adət-ənənələrinə bu cür həssaslıqla yanaşmanın dövlət siyasətinin prioritet istiqaməti olduğunu və bu siyasətin davam etdiriləcəyini bildirdi.
AzərTAc
Azərbaycan.- 2009.- 30 oktyabr.- S. 2.