"Cavanşir Qala" mehmanxanasının tikintisi ilə tanışlıq

 

Oktyabrın 29-da Prezident İlham Əliyev İsmayıllı rayonunda "Cavanşir Qala" beşulduzlu mehmanxana kompleksinin tikintisi ilə tanış olmuşdur.

Dövlətimizin başçısını inşaatçılar hərarətlə qarşıladılar.

Prezident İlham Əliyevə layihə əsasında məlumat verildi ki, "Akkord" şirkətlər qrupu Talıstan kəndi ərazisində yerləşən 50 hektar sahədə "Cavanşir Qala" mehmanxana kompleksinin tikintisinə 2008-ci ildə başlamışdır. Cavanşir qalasının qalıqlarının yaxınlığında yerləşən kompleksin birinci mərhələsinə aid olan 11 mərtəbəli əsas korpusu tikilir. Kompleks 180 adi lyuks otaq, 500 nəfərlik konfrans mərkəzi, 2 əsas restoran, qapalı açıq hovuz, idman zalı, vitamin-bar digər məişət xidmətləri göstərən obyektlərdən ibarət olacaqdır.

Əsas binanın ümumi tikinti sahəsi 20 min kvadratmetrdir. Hazırda əsas korpusun 7-ci mərtəbəsi inşa edilir. Layihənin ikinci mərhələsində kotteclər kompleksi, üç dördmərtəbəli istirahət kompleksləri, idman-sağlamlıq meydançaları, uşaq əyləncə mərkəzləri, açıq teatr, qolf klubu digər istirahət-xidmət sahələrinin inşası nəzərdə tutulur.

Prezident İlham Əliyev mehmanxana kompleksinin maketini əks etdirən videoçarxa baxdı.

Görülən işlərdən razılığını bildirən dövlətimizin başçısı tikinti işləri ilə bağlı tapşırıq tövsiyələrini verdi, inşaatçılara uğurlar arzuladı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 30 oktyabr.- S. 3.