Azərbaycan Fələstin xalqlarının qarşılaşdıqları problemlər beynəlxalq hüququn norma prinsipləri əsasında həll olunmalıdır

 

Oktyabrın 29-da Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Fələstin Muxtariyyətinin xarici işlər naziri Riyad Əl-Malki ilə görüşmüşdür.

Oqtay Əsədov qonağı səmimiyyətlə salamlayaraq bildirmişdir ki, Azərbaycan Fələstin xalqları arasında qədim tarixə malik dini, mədəni dostluq əlaqələri vardır. Fələstin Muxtariyyətinin xarici işlər nazirinin Azərbaycana bu səfəri xalqlarımız arasındakı münasibətlərin daha da genişlənməsinə təkan verəcəkdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat verən Milli Məclisin Sədri demişdir ki, Azərbaycan Fələstin xalqlarının qarşılaşdıqları problemlər beynəlxalq hüququn norma prinsipləri əsasında həllini tapmalıdır.

Bunun üçün biz səylərimizi birləşdirməliyik. Riyad Əl-Malki göstərilən qonaqpərvərliyə xoş sözlərə görə minnətdarlığını bildirərək demişdir ki, Bakıya səfərin məqsədi ilk növbədə beynəlxalq təşkilatlarda göstərdikləri dəstəyə görə Azərbaycan hökumətinə xalqına minnətdarlıq etməkdir. Nazir Azərbaycana səfərinin xalqlarımız arasındakı dostluq münasibətlərinin yeni müstəvidə inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirmişdir.

Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 30 oktyabr.- S. 5.