Türkiyənin milli bayramı şərəfinə

 

Türkiyə Cümhuriyyətinin 86 illiyi münasibətilə oktyabrin 29-da Türkiyənin Azərbaycandakı səfirliyi "Gülüstan" sarayında rəsmi qəbul təşkil etmişdir.

Müğənni Azərinin ifasında Azərbaycanın Türkiyənin dövlət himnləri səslənmişdir.

Səfir Hulusi Kılıç qonaqları salamlayaraq demişdir ki, bu gün biz Türkiyənin müstəqilliyinin 86-ci ildönümünü qeyd edirik. Bu əlamətdar gündə biz azadlıq uğrunda mübarizədə canlarından keçmiş bütün qəhrəmanların xatirəsini yad edirik. Bir millət, iki dövlət olan Azərbaycan Türkiyə müstəqillik illərində çox böyük uğurlar qazanmışlar. Türkiyə Azərbaycanın beynəlxalq aləmdə tutduğu layiqli mövqe çox mürəkkəb mübarizə nəticəsində bərqərar olmuşdur.

Sonra səfir Azərbaycanın Türkiyənin tarixinə qısa nəzər salaraq qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyev ölkələrimiz arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsində misilsiz rol oynamışdır. Bildirmişdir ki, bu gün Türkiyə Azərbaycan sıx birliyə nail olmuşdur, ölkələrimiz iqtisadi cəhətdən inkişaf etdikcə gələcəyə daha inamla addımlayırlar. Prezident İlham Əliyevin yeritdiyi uğurlu siyasət sayəsində Azərbaycan regionda lider dövlətə çevrilmişdir. Türkiyəli adamları da qardaş Azərbaycanın iqtisadi qüdrətinin möhkəmlənməsi üçün səylərini əsirgəmirlər. Bir neçə müştərək layihə həyata keçirilmişdir. H.Kılıç beynəlxalq aləmdə cərəyan edən mürəkkəb proseslərə toxunaraq demişdir ki, terrorçuların məkrli niyyətləri, Ermənistanın işğalçılıq siyasəti çox davam edə bilməz. Türkiyə Azərbaycan belə hallara qarşı qətiyyətlə müqavimət göstərəcəklər. Bu, bizim gələcək nəsillər qarşısında borcumuzdur.

Baş nazirin müavini Abid Şərifov əlamətdar gün münasibətilə mərasim iştirakçılarını, bütün türk xalqını Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik edərək qardaş ölkəyə firavanlıq uğurlar arzulamışdır. Bildirmişdir ki, bizim müasir münasibətlərimizin tarixi ölkəmiz müstəqilliyini bərpa edəndən sonra başlamışdır. Türkiyə Azərbaycanın müstəqilliyini tanımış ilk dövlətdir. Ümummilli lider Heydər Əliyev yüksək tribunalardan dəfələrlə bəyan etmişdir ki, Azərbaycan Türkiyə bir millət, iki dövlətdir. Bizim əlaqələrimiz durmadan inkişaf edir. İrimiqyaslı müştərək layihələr artıq öz səmərəsini verir. Türkiyəli adamları hər iki ölkənin iqtisadiyyatının inkişafına böyük töhfə verirlər. Elmdə, təhsildə, səhiyyədə digər sahələrdə əlaqələrimiz sürətlə inkişaf edir.

Qəbulda müdafiə naziri Səfər Əbiyev, Prezident Administrasiyasının şöbə müdirləri Əli Həsənov Novruz Məmmədov, Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisi Xarici əlaqələr komissiyasının sədri Murad Mərcan nümayəndə heyətinin üzvləri, Milli Məclisin deputatları, xarici dövlətlərin ölkəmizdəki səfirləri digər rəsmi şəxslər iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 30 oktyabr.- S. 5.