Riyad Əl-Malki: "Fələstin Muxtariyyəti Azərbaycanın
Dağlıq Qarabağ
münaqişəsi ilə
bağlı mövqeyini
dəstəkləyir"
Azərbaycanda səfərdə
olan Fələstin Muxtariyyətinin xarici işlər naziri Riyad Əl-Malki
bildirmişdir ki, Fələstin Muxtariyyəti
Azərbaycanla hərtərəfli
əməkdaşlığın inkişafında maraqlıdır.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsindən bəhs edən nazir vurğulamışdır
ki, Fələstin Azərbaycanın Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı mövqeyini dəstəkləyir.
İşğal altındakı
rayonları hər zaman Azərbaycanın ərazisi kimi tanımışıq. Bundan sonra da Azərbaycanın
ərazi bütövlüyü
ilə bağlı mövqeyimiz dəyişməyəcəkdir.
Azərbaycanın işğal
altındakı ərazilərinin
dərhal, ən əsası isə, sülh yolu ilə azad edilməsinin
tərəfdarıyıq. Fələstin
dövləti beynəlxalq
ictimaiyyəti münaqişənin
sülh yolu ilə həllinə nail olunması üçün Ermənistana
təzyiq göstərməyə
çağırır.
AzərTAc
Azərbaycan.- 2009.- 30 oktyabr.- S. 5.