Fələstinin xarici işlər naziri Riyad Əl-Malki "İçərişəhər" tanış olmuşdur

 

Bakıda səfərdə olan Fələstin Muxtariyyətinin xarici işlər naziri Riyad Əl-Malki oktyabrın 29-da "İçərişəhər" tanış olmuşdur.

Gəzinti zamanı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov qonağa dünya şəhərsalma sənətinin nadir nümunəsi, YUNESKO-nun "Dünya Mədəni İrs Siyahısı"na daxil edilmiş bu mədəni abidə, habelə burada aparılan son təmir, abadlaşdırma restavrasiya işləri barədə ətraflı məlumat vermişdir.

Gəzinti dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan "Şirvanşahlar Sarayı Kompleksi" ilə tanışlıqdan başlamışdır. Qonağa məlumat verilmişdir ki, tikintisi XII əsrdən başlayan əsasən XV əsrdə başa çatdırılan Şirvanşahlar Sarayı Ansamblı müxtəlif səviyyələrdə yerləşən 3 daxili həyətdən ibarətdir. Şamaxıda XII əsrdə baş vermiş zəlzələ səbəbindən Şirvanşahlar dövlətinin paytaxtı Bakıya köçürülmüş burada sarayın inşasına başlanılmışdır.

Azərbaycanın Mərkəzi Asiyanın müxtəlif ölkələri ilə ticarət əlaqələrinin sübutu olan - Buxara Karvansarası, Hindistanla iqtisadi-mədəni əlaqələrindən xəbər verən Multanı Karvansarası ilə tanışlıqla gəzinti davam etdirilmişdir.

Bakının simvolu əzəmətli Qız Qalasının tarixi barədə dolğun məlumat qonağın heyranlığına səbəb olmuşdur.

Gəzintinin sonunda Fələstin xarici işlər naziri fəxri qonaqlar kitabına öz ürək sözlərini qeyd etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 30 oktyabr.- S. 5.