Azərbaycan ilə Litvanın
xüsusi xidmət orqanları arasında əlaqələrinin inkişafı
məsələləri müzakirə
olunmuşdur
Azərbaycan Respublikasının
milli təhlükəsizlik
naziri general-leytenant Eldar Mahmudov Litva Respublikasının Dövlət Təhlükəsizlik
Departamentinin baş direktoru Povilas Malakauskasın dəvəti
ilə bu ölkədə rəsmi səfərdə olmuşdur.
Milli Təhlükəsizlik
Nazirliyinin ictimai əlaqələr mərkəzindən
bildirmişlər ki, Litva təhlükəsizlik
xidmətinin rəhbəri
azərbaycanlı həmkarının
bu səfərinin təhlükəsizlik sahəsində
ölkələrimiz arasında
əlaqələrin daha
da inkişaf etdirilməsi istiqamətində atılmış
növbəti addım
kimi qiymətləndirmişdir.
P.Malakauskas Azərbaycan Respublikasının
təhlükəsizlik orqanlarının
yaranmasının 90 illik
yubileyi ilə əlaqədar nazir Eldar Mahmudovun dəvəti ilə bu ilin aprel
ayında Bakıya etdiyi səfər zamanı göstərilən
qonaqpərvərliyin, xüsusən
də dövlətimizin
başçısı İlham
Əliyevin qəbulunda
aldıqları təəssüratın
unudulmaz olduğunu bildirmişdir.
Litvada ona
göstərilən yüksək
qonaqpərvərliyə, keçirilən
görüşlərin səmərəli
nəticələrinə görə
təşəkkürünü bildirən nazir Eldar Mahmudov transmilli mütəşəkkil
cinayətkarlığın müxtəlif təzahürlərinə,
xüsusən terrorçuluğa
qarşı mübarizə, enerji və nəqliyyat təhlükəsizliyi sahəsində
görülən işlər
barədə danışmışdır.
E.Mahmudov Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
regional və beynəlxalq təhlükəsizlik
üçün ciddi
təhdid doğurduğunu
qeyd etmiş, bu problemin tezliklə
həll olunmasının
vacibliyini və bunun üçün tərəfdaş dövlətlər
tərəfindən də
səylərin artırılması
zərurətini vurğulamışdır.
Görüşdə Litva
və Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşlıq
əlaqələrinin yüksələn
xətlə inkişafından
razılıq bildirilmiş,
perspektiv planlar barədə müzakirələr
aparılmış, habelə
təcrübə və
məlumat mübadiləsinin
bundan sonra da genişləndirilməsinin vacibliyi qeyd edilmişdir.
Səfər zamanı Litva Respublikasının Baş naziri Andrius Kubilius Azərbaycan Respublikasının
milli təhlükəsizlik
naziri Eldar Mahmudovu qəbul etmişdir. Görüşdə Litva və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin
möhkəmlənməsinin hər iki dövlətin
başcıları tərəfindən
yüksək qiymətləndirildiyi
xüsusi vurğulanmış,
ölkələrimizin bütün
istiqamətlərdə, o
cümlədən
xalqlarımız arasında
tarixi-mədəni əlaqələrin, həmçinin
təhlükəsizlik sahəsində
tərəfdaşlığın daha da genişləndirilməsi
mövzusunda faydalı
fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 30 oktyabr.- S. 5.