Azərbaycan nümayəndə heyəti Polşada səfərdə olmuşdur

 

Xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan ilə Polşa arasında aparılan siyasi məsləhətləşmələrin növbəti iclasında iştirak etmək məqsədi ilə oktyabrın 28-29-da Polşada səfərdə olmuşdur.

Azərbaycanın Polşadakı səfirliyindən bildirmişlər ki, səfər çərçivəsində X.Xələfov Polşa Prezidenti dəftərxanasının beynəlxalq əlaqələr üzrə departamentinin rəhbəri, nazir M.Handzlik iqtisadiyyat nazirinin müavini M.Korolets ilə görüşmüşdür. Görüşlərdə Azərbaycan ilə Polşa arasında münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 30 oktyabr.- S. 5.