Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Türkiyə ilə Ermənistan sərhədi açılmayacaqdır

 

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, oktyabrın 29-da nazir Elmar Məmmədyarov Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komissiyasının sədri Murad Mərcanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Azərbaycanda olmasından məmnunluğunu bildirən M.Mərcan ölkəmizin Türkiyə üçün vacibliyini, Azərbaycan Türkiyə parlamentləri arasında əməkdaşlığın əhəmiyyətini qeyd etmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan M.Mərcan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın xarici işlər naziri Əhməd Davudoğlunun məsələ ilə bağlı açıqlamalarını xatırlatmış, bu problem həll olunmadan Türkiyə ilə Ermənistan sərhədinin açılmayacağını protokolların TBMM- ratifikasiya olunmayacağını vurğulamışdır.

Həmçinin M.Mərcan bildirmişdir ki, münaqişənin nizamlanmasının çox sadə yolu vardır bunun üçün Ermənistan bu məsələ ilə bağlı BMT, ATƏT AŞ PA tərəfindən qəbul olunmuş qətnamələri qərarları yerinə yetirməlidir.

Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların cari vəziyyəti barədə məlumat vermişdir. E.Məmmədyarov qeyd etmişdir ki, Türkiyə Ermənistan ilə sərhədini Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsinə etiraz əlaməti olaraq bağlamışdır.

E.Məmmədyarov yalnız Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmasından sonra bütün kommunikasiyaların açılmasının regionda davamlı sülhün təhlükəsizliyin təmin edilməsinin mümkünlüyünü bildirmişdir.

Bursada yaranmış bayraq böhranına toxunan nazir E.Məmmədyarov bu hadisədən Azərbaycan xalqının çox təəssüfləndiyini demiş hadisənin günahkarlarının cəzalandırılmasını müsbət qiymətləndirmişdir.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər müzakirə olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 30 oktyabr.- S. 5.