Ədliyyə Nazirliyində
Ədliyyə naziri, Məhkəmə-Hüquq
Şurasının sədri
Fikrət Məmmədov
oktyabrın 29-da Koreya
Respublikasının Azərbaycanda
fəaliyyət müddəti
başa çatmış
səfiri Lü Kvanq Çul ilə görüşmüşdür.
Ədliyyə Nazirliyinin
mətbuat xidmətindən
bildirmişlər ki, ölkələrimiz arasında
dostluq və əməkdaşlıq münasibətlərinin
uğurla inkişaf etdiyini bildirən nazir hüquqi sahədə əlaqələrin
əhəmiyyətini, müqavilə-hüquq bazasının möhkəmləndirilməsi istiqamətində
görülən tədbirlərin ölkələrimizin ədliyyə
orqanları arasında
əməkdaşlığın daha da dərinləşməsinə
təkan verəcəyini
vurğulamış, bu
sahədə səfirin
xidmətlərini qeyd
etmişdir.
Koreya ilə
Azərbaycan arasında
səmərəli əməkdaşlığın
həyata keçirildiyini
bildirən səfir ölkəmizdə fəaliyyətdən
məmnunluğunu ifadə
etmiş, hüquqi sahədə qurulmuş əlaqələri yüksək
dəyərləndirmiş və qarşılıqlı
münasibətlərin gələcəkdə daha da genişlənəcəyinə
əminliyini bildirmişdir.
Görüşdə əməkdaşlıq
perspektivləri, o cümlədən hüquqi
yardım, hakim və hakimliyə namizədlərin, habelə
ədliyyə işçilərinin
treninqi və tədris səfərlərinin
təşkili, Ədliyyə
Akademiyası ilə birgə tədbirlərin keçirilməsi, digər
məsələlər barədə
faydalı fikir mübadiləsi
aparılmış, konkret
təkliflər irəli
sürülmüşdür.
Azərbaycan.- 2009.- 30 oktyabr.- S. 7.