RİTN ilə AMEA arasında əməkdaşlığa dair niyyət protokolu imzalanmışdır

 

Oktyabrın 29-da Bakıda keçirilmiş "Milli Grid Seqmenti"nin "Black Sea İnterconnection" (BSI) layihəsinin təqdimat mərasimində Azərbaycan Respublikasının Rabitə İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanmışdır. Sənədi rabitə informasiya texnologiyaları naziri Əli Abbasov AMEA-nın prezidenti Mahmud Kərimov imzalamışlar.

Niyyət protokoluna əsasən, RİTN AMEA informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun davamlı inkişafında innovativ fəaliyyətin genişləndirilməsi, fundamental elmi nailiyyətlərin istifadə edilməsi, mütərəqqi elmi-praktiki nəticələrin İKT məhsul xidmətlərinin yaradılması istehsalında tətbiqi, bəşəri problemlərin həllində ölkəmizin alimlərinin iştirakının təmin olunması üçün müvafiq mühitin, o cümlədən milli Grid infrastrukturunun yaradılması, ölkədə informasiya cəmiyyətinin formalaşdırılması, sahə üzrə dövlət proqramlarına elmi dəstəyin verilməsi istiqamətlərində əməkdaşlıq edilməsi nəzərdə tutulur.

Niyyət protokolundan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün RİTN AMEA-nın nümayəndələrindən ibarət işçi qrupun yaradılması planlaşdırılır.

Tərəflər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən respublikada İKT elmin inkişafına daim xüsusi diqqət yetirildiyini, İKT-nin tətbiqinin prioritet elan edildiyini, imzalanmış niyyət protokolunu hər iki sahə üçün mühüm əhəmiyyət kəsb etdiyini qarşıya qoyulan məqsədlərə çatmaq istiqamətində atılmış vacib addım kimi dəyərləndirmişlər.

 

 

Azərbaycan.- 2009.- 30 oktyabr.- S. 7.