Azərbaycanın sürətli inkişafı düzgün siyasətin, uğurlu iqtisadi islahatların nəticəsidir

 

 Xəbər verdiyimiz kimi, oktyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfərini başa çatdıraraq Ağsuya gəlmişdir.

Rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısı İlham Əliyevi xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.

Ölkəmizin iqtisadi potensialı artdıqca regionlarımız abadlaşır, hərtərəfli tərəqqi dövrünə qədəm qoyur. Bu inkişaf tərəqqi Ağsunun simasında da hiss olunur. Rayonda tikinti-quruculuq işlərinin həcmi artmış, geniş abadlıq işləri aparılmışdır.

Son illər Ağsu iqtisadiyyatında ciddi artım əldə olunmuşdur. Bu inkişaf Ağsunun simasını yaxşılığa doğru xeyli dəyişdirmişdir. Şəhərin bütün mərkəzi küçələrinə asfalt örtüyü döşənmiş, bir çox kəndlərdə yollar təmir edilmişdir. Ağsu-Kürdəmir magistral yolunun şəhərdən keçən hissəsində abadlıq işləri aparılmışdır.

Rayonda sahibkarlığın inkişafı, yeni yerlərinin açılması daim diqqətdə saxlanılır. Son 5 ildə rayonda 3109-u daimi olmaqla 5916 yeri yaradılmışdır. Cari ilin 9 ayında rayonda fəaliyyətə başlayan yeni bərpa edilmiş müəssisələrdə 325 nəfər daimi işlə təmin olunmuşdur. Həmin müddətdə əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artmışdır. Son 9 ayda orta aylıq əməkhaqqı artaraq 171,8 manat, adambaşına düşən gəlirlər 869,78 manat olmuşdur.

Rayonda təhsil səhiyyə sektorunun inkişafı diqqətdə saxlanılır. Müasir məktəb binaları tikilmişdir. Qaraqoyunlu kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 220 şagird yerlik yeni orta məktəb binasının tikintisi uğurla davam edir. Kalva kəndində isə 220 şagird yerlik orta məktəb binasının inşasına başlanılmışdır.

2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 5, Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində isə 8 məktəb binası inşa olunmuş, yeni inventar avadanlıqla təchiz edilmişdir. Keçən il rayonda ümumi məhsul istehsalının həcmi 78 milyon 123 min manata çatmışdır ki, bu da əvvəlki illə müqayisədə 50,1 faiz çoxdur. Bu ilin 9 ayında da kənd təsərrüfatı istehsalı genişləndirilmiş, taxıl sahələrindən rekord miqdarda - 92,6 min ton məhsul əldə edilmişdir. Rayonda meyvə tərəvəz yığımı da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artmışdır.

Ağsu şəhərinin mərkəzindəki Heydər parkına gələn Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva ulu öndərin tuncdan tökülmüş abidəsini ziyarət edərək gül dəstəsi qoydular.

Məlumat verildi ki, abidənin müəllifi Rəssamlar İttifaqının üzvü, heykəltəraş Rəşid Hüseynovdur. Qranit postamentlə birlikdə abidənin hündürlüyü 7 metrdir. Ətrafı yüksək zövqlə abadlaşdırılmış bu möhtəşəm abidənin xüsusi yaraşıq verdiyi bu park ağsuluların əsas istirahət yeridir.

Sonra dövlətimizin başçısı Heydər parkında aparılmış yenidənqurma abadlıq işləri ilə tanış oldu. Bildirildi ki, ərazisi 1,2 hektardan 2,5 hektara çatdırılan Heydər parkında yenidənqurma işlərinə 2008-ci ilin mayından başlanmışdır sakinlərin istifadəsi üçün tam hazırdır. Parkda 5 fəvvarə quraşdırılmış, ümumi sahəsi min kvadratmetr olan 100 yerlik yay konsert meydançası tikilmiş, Hollandiya, İtaliya İrandan gətirilmiş ağaclar dekorativ gül kolları əkilmişdir. Parkda yeni piyada yolları çəkilmiş 6440 kvadratmetr ərazidə yeni yaşıllıq salınmışdır. Bu istirahət ocağının işıqlandırılması üçün müasir sistem quraşdırılmışdır.

Parkın ətrafı da abadlaşdırılmış, yaxınlıqda yerləşən binaların fasadları təmir edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 31 oktyabr.- S. 1.