Ağsuda Heydər Əliyev Mərkəzi
açılmışdır
Oktyabrın 29-da Azərbaycan
Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva
Ağsu şəhərində Heydər Əliyev Mərkəzinin
açılış mərasimində iştirak etmişlər.
Prezident İlham Əliyev
açılışı bildirən lenti kəsdi, Heydər Əliyev
Mərkəzi ilə tanış oldu.
Məlumat verildi ki,
inşasına 2008-ci ildə başlanmış mərkəzin
ümumi tikinti sahəsi 302 kvadratmetrdir. İkimərtəbəli
binada 30 yerlik konfrans, eksponat zalları, dərnək, ofis və
kompüter otaqları vardır.
Binanın birinci mərtəbəsində
ulu öndərin büstü qoyulmuşdur. Burada ümummilli
lider Heydər Əliyevin həyatını və dövlətçilik
fəaliyyətini əks etdirən 4 bölmə
yaradılmışdır. Bu bölmələrdə ulu
öndərin ölkəmizin beynəlxalq imicinin, müstəqilliyinin
möhkəmləndirilməsi üçün
gördüyü möhtəşəm işlərdən bəhs
edən eksponatlara da geniş yer ayrılmışdır.
İkinci mərtəbədə
informasiya texnologiyaları, xarici dillər, texniki
yaradıcılıq otaqları və işçi heyət
üçün kabinetlər yerləşir. Binanın hər
iki mərtəbəsində ümummilli liderin həyat və
fəaliyyətini əks etdirən fotoların, müxtəlif
məlumatların yer aldığı 212 tablo, 32 kompüter dəsti,
elektron köşk, geniş ekranlı monitor, səsgücləndirici
qurğular yerləşdirilmişdir.
Dövlətimizin
başçısına məlumat verildi ki, mərkəzin
birinci mərtəbəsində yerləşən Heydər Əliyev
Muzeyi 4 bölmədən ibarətdir. Birinci bölmədə
ulu öndərin yeniyetmə və gənclik dövrlərini əks
etdirən fotoşəkillər əksini tapmışdır.
İkinci bölmədəki fotoşəkillər Heydər Əliyevin
1969-1982-ci illərdə respublikamızın sosial-iqtisadi inkişafı
və digər sahələrin tərəqqisi ilə
bağlı gördüyü işlərdən söhbət
açır. Üçüncü bölmədə
ümummilli liderin 1993-cü ildə xalqımızın təkidi
ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin
ictimai-siyasi, sosial və mədəni həyatındakı
quruculuq işlərindən bəhs edən materiallar
toplanmışdır. Dördüncü bölmədə isə
ümummilli liderin respublikamıza rəhbərlik etdiyi müxtəlif
illərdə Ağsuya səfərləri, yerli əhali ilə
görüşləri əks olunmuşdur. Burada ulu öndərin
həyatına və dövlətçilik fəaliyyətinə
həsr olunan filmlərin nümayişi üçün
elektron köşk də vardır.
Sonra Prezident İlham Əliyev və
xanımı Mehriban Əliyeva mərkəzin ikinci mərtəbəsi
ilə tanış oldular. Dövlətimizin
başçısına məlumat verildi ki, mərkəzin
ikinci mərtəbəsində "Heydər Əliyev və
uşaqlar" bölməsi fəaliyyət göstərir.
Burada ulu öndərin uşaqlara diqqət və
qayğısını əks etdirən fotoşəkillər
toplanmışdır.
Mərkəzin informasiya
texnologiyaları kabinetində müasir standartlara cavab verən
17 kompüter lokal şəbəkəyə qoşulmuşdur.
Texniki yaradıcılıq otağında isə uşaqların
əl işlərindən ibarət sərgi nümayiş
etdirilir. Burada radio-telemexanika dərnəyinin üzvləri
olan uşaqların hazırladıqları elektron avadanlıq
da diqqəti cəlb edir. Kompüterlərlə təchiz
olunmuş xarici dillər kabinetində isə ingilis və rus
dillərinin tədrisi üçün lazımi şərait
yaradılmışdır.
Dövlətimizin
başçısı mərkəzin Xatirə kitabına
ürək sözlərini yazdı.
AzərTAc
Azərbaycan.- 2009.- 31 oktyabr.- S. 2.