Prezident İlham Əliyev Ağsu Rayon İcra Hakimiyyətinin inzibati binasının açılışında iştirak etmişdir

 

Oktyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev Ağsu Rayon İcra Hakimiyyətinin inzibati binasının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısına məlumat verildi ki, rayon icra hakimiyyətinin inzibati binasının tikintisinə 1987-ci ildən başlanmış, inşaat işləri 1990- ilə qədər davam etdirilmişdir. Maliyyə vəsaiti çatışmazlığından işlər dayandırılmışdır. 1991-1992-ci illərdə bina baxımsızlıq ucbatından tamamilə yararsız hala düşmüşdür. Keçən il binanın inşası üçün 516 min manat vəsait ayrılmış tikinti-bərpa işləri yüksək səviyyədə yerinə yetirilmişdir.

Binanın tikintialtı sahəsi 660 kvadratmetr, yardımçı tikililərin sahəsi isə 264 kvadratmetrdir. Yardımçı tikililər avtomobil qarajı, qazanxana, transformator yarımstansiyası yanğından mühafizə üçün su anbarından ibarətdir.

Bina üçmərtəbəli olmaqla 35 otağından, 2 iclas zalından ibarətdir.

Bütün otaqları mebellə, kompüterlə digər müasir avadanlıqla təmin olunmuşdur.

İnzibati binanın ətrafında həyətində 4476 kvadratmetr yaşıllıq salınmış bəzək kolları əkilmiş, fəvvarə tikilmiş, istirahət köşkləri quraşdırılmış müasir yol çəkilmişdir.

Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirdi, tapşırıq tövsiyələrini verdi.

 

 

Azərbaycan.- 2009.- 31 oktyabr.- S. 2.