Ağsu şəhər
stadionunun təməlqoyma
mərasimi olmuşdur
Oktyabrın 29-da Azərbaycan
Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağsu şəhər stadionunun təməlqoyma mərasimində
iştirak etmişlər.
Dövlətimizin başçısına
layihə əsasında
məlumat verildi ki, min tamaşaçı
yeri olan Ağsu şəhər stadionunun tikintisi üçün 4,3 hektar torpaq sahəsi ayrılmışdır. Obyektin
smeta dəyəri 1 milyon 150 min manatdır. Stadionda futbol meydançası, tribuna, inzibati bina, kassa, kafe-çayxana,
elektron tablo, anbar, qaraj, içməli
su anbarı, transformator, üç giriş darvazası, voleybol və basketbol meydançalarının
tikintisi nəzərdə
tutulmuşdur.
Stadionun istifadəyə
verilməsi istər yerli, istərsə də beynəlxalq oyunların keçirilməsinə
hərtərəfli şərait
yaradacaqdır.
Prezident İlham Əliyev kapsulu bünövrəyə buraxdı,
beton qarışığı
tökdü.
Dövlətimizin başçısı
tapşırıq və
tövsiyələrini verdi,
inşaatçılara uğurlar
arzuladı.
AzərTAc
Azərbaycan.- 2009.- 31 oktyabr.- S. 2.