"Az-Qranata" MMC-nin şirələr şərab emalı zavodunda tikinti işlərinin gedişi ilə tanışlıq

 

Azərbaycan Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva oktyabrın 29-da Ağsu şəhərində Azərbaycan-Almaniya birgə müəssisəsi olan "Az-Qranata" MMC-nin şirələr şərab emalı zavodunda tikinti işlərinin gedişi ilə tanış olmuşlar.

İnşaatçılar dövlətimizin başçısını xanımını hərarətlə qarşıladılar.

Zavodun baş planı ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, "Az-Qranata" MMC-nin şirələr şərab emalı zavodunun ümumi ərazisi 8,8 hektardır. İnşaat işlərinə 2008-ci ilin iyulunda başlanılmışdır. İnşaat işlərində, əsasən, yerli materiallardan istifadəyə üstünlük verilmişdir. Bu zavodun Cənubi Qafqaz regionunda oxşarı yoxdur.

Qeyd olundu ki, zavodun tikintialtı sahəsi 15 min 600 kvadratmetrdir. Zavod beş sexdən, inzibati bina, mehmanxana yardımçı tikililərdən ibarətdir. Burada hər birinin tutumu 50 ton olan 50 çən quraşdırılmışdır.

Bildirildi ki, zavodda ən son texnologiyaya əsaslanan avadanlıq quraşdırılmışdır. Avadanlığın hamısı Almaniya Avstriyanın aparıcı şirkətlərinin istehsalıdır. Bu isə öz növbəsində məhsulun qəbulu, şirənin yığılması, onun tərkibinin təmizlənməsi qablaşdırılması, habelə hazır məhsulun saxlanmasını müasir tələblər səviyyəsində həyata keçirməyə imkan verir. Zavodda nar üzümdən hazırlanacaq məhsullar tərkibi qablaşdırılmasına görə ən yüksək səviyyədə olacaqdır. Burada əlavə qarışıqlar olmadan, nar şirəsi istehsal ediləcəkdir. Bunun üçün Almaniya istehsalı olan pasterilizə avadanlığı alınmışdır. Zavodda, həmçinin narşərab, nar sousu, üzüm şirəsi şərab istehsal olunacaqdır. Narın tumundan alınacaq yağdan isə ətriyyat istehsalında istifadə olunacaqdır. Narın qabığından isə xüsusi boya hazırlanacaqdır. Burada quraşdırılan müasir avadanlıq ildə 5 min ton hazır məhsul əldə etməyə imkan verəcəkdir. Gələcəkdə tələbata uyğun olaraq, müəssisənin illik gücü 3 dəfə artırılaraq, 15 min tona çatdırılacaqdır.

Məlumat verildi ki, müəssisənin min hektar ümumi sahəsi olan meyvə bağları da vardır. Sahənin 500 hektarında yüksək məhsuldar növ üzüm plantasiyaları nar bağları salınmışdır. Qalan sahədə əkin işlərinin aparılması nəzərdə tutulur. Müəssisə Ağsu ətraf rayonların əhalisindən məhsul alacaqdır. Zavoda indiyədək 50 milyon ABŞ dolları sərmayə qoyulmuşdur. Burada 10-12 adda məhsul istehsal ediləcəkdir.

Zavodda ümumilikdə min nəfər işləyəcəkdir ki, onların da 350-si müəssisədə, qalanları isə üzüm plantasiyaları nar bağlarında çalışacaqdır.

Prezident İlham Əliyevə məlumat verildi ki, gələcəkdə məhsullar bir çox ölkələrə, o cümlədən MDB Avropa dövlətlərinə ixrac olunacaqdır.

Binanın mərkəzləşdirilmiş havalandırma sistemi ilə təchiz olunması nəzərdə tutulur. Bundan başqa, zavodun ərazisində transformator yarımstansiyası, nəzarət-buraxılış məntəqələri, hər birinin tutumu 300 kubmetr olan iki su anbarı, 50 kubmetrlik təmizlənmiş su anbarı, nasosxana qazanxana tikilmişdir. Zavodu fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün burada 1000 kilovoltluq ehtiyat generator da vardır.

Zavodun ətrafı abadlaşdırılmışdır. Əraziyə 27500 kvadratmetr asfalt örtüyü salınmış, 25 min kvadratmetr yaşıllıq sahəsi yaradılmış, müxtəlif bəzək, dekorativ gül kolları əkilmiş, oturacaqlar qoyulmuşdur.

Qeyd edildi ki, zavod gələn mövsümdən tam gücü ilə işə başlayacaqdır.

Dövlətimizin başçısı inşaatçılara uğurlar arzuladı, tapşırıq tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 31 oktyabr.- S. 3.