Prezident İlham Əliyev Ağsuda Qəhrəmanlar parkının
açılışında iştirak etmişdir
Oktyabrın 29-da Ağsu şəhərində Qəhrəmanlar
parkının açılışı
olmuşdur. Azərbaycan
Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Dövlətimizin başçısı
və xanımı parkda aparılmış abadlıq və quruculuq işləri ilə tanış oldular.
Prezident İlham Əliyevə məlumat verildi ki, tikintisinə
2008-ci ildən başlanılmış
Qəhrəmanlar parkının
ərazisi bir hektardır. Müasir memarlıq üslubunda tikilmiş parkın layihə tərtibatında
üç tarixi hadisənin qəhrəmanlıq
rəmzi ifadə olunmuşdur. Kompleksdə
II Dünya müharibəsində
həlak olmuş həmyerlilərimizin, 20 Yanvar
şəhidlərinin və
Qarabağ müharibəsində
həlak olmuş 104 şəhidin əziz xatirəsi əksini tapmışdır. Burada
"Əbədi məşəl"
alovlanır.
Kompleksin döşəmə
və divarları qara və qırmızı
qranitlə işlənilmişdir.
Tikintinin sahəsi 3600
kvadratmetrdir. Kompleksin ətrafında 4862 kvadratmetr
yaşıllıq salınmış,
min ədəd həmişəyaşıl ağac
əkilmiş, suvarma sistemi yenidən qurulmuşdur.
Dövlətimizin başçısı
görülmüş işlərdən
razılığını bildirdi, tapşırıq
və tövsiyələrini
verdi.
* * *
Bununla da
Prezident İlham Əliyevin Ağsu rayonuna səfəri başa çatmışdır.
AzərTAc
Azərbaycan.-
2009.- 31 oktyabr.- S. 3.