Azərbaycan Prezidenti İlham Əliyev Fələstin Muxtariyyətinin xarici işlər naziri Riyad Əl-Malkinin
başçılıq etdiyi
nümayəndə heyətini
qəbul etmişdir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 30-da Fələstin Muxtariyyətinin
xarici işlər naziri Riyad Əl-Malkinin başçılıq
etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
Xarici işlər
naziri Riyad Əl-Malki Fələstin
Muxtariyyətinin rəhbəri
Mahmud Abbasın salamlarını və məktubunu dövlətimizin
başçısına çatdırdı.
O, Fələstin Muxtariyyəti
rəhbərliyinin Azərbaycanda
səfirliyin açılması
barədə qərar
qəbul etdiyini bildirdi.
Görüşdə münasibətlərimizin
müxtəlif sahələrinə
dair fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı
İlham Əliyev Mahmud Abbasın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Fələstin Muxtariyyətinin
rəhbərinə çatdırmağı
xahiş etdi.
AzərTAc
Azərbaycan.- 2009.- 31oktyabr.- S. 3.